Növbəti vakansiyamız gənc alimlər və tədqiqatçılar üçün nəzərdə tutulub!!!

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti xarici ölkələrin nüfuzlu universitetlərində doktorantura təhsilini başa vurmuş, beynəlxalq akademik və elmi təcrübəyə malik gənc tədqiqatçıları “AZİU Gələcəyin Tədqiqatçıları Proqramı” çərçivəsində işə qəbula dəvət edir.

Proqramın əsas məqsədi beynəlxalq təcrübəyə, müasir tədqiqat bacarıqlarına və yüksək elmi potensiala malik mütəxəssisləri universitetə cəlb etmək, onların davamlı elmi-akademik inkişafını dəstəkləmək və gələcəyin professor, alim və tədqiqatçılarını formalaşdırmaqdır.

Proqrama aşağıdakı şəxslər müraciət edə bilərlər:

 Dövlət Proqramı çərçivəsində xaricdə doktorantura təhsilini başa vurmuş məzunlar;

 ADNSU ilə bağlanmış müqavilə əsasında xarici ölkələrdə doktorantura təhsili almış məzunlar;

Reklam

 UFAZ xətti ilə Fransada doktorantura təhsilini başa vurmuş məzunlar;

 QS və ya Times Higher Education reytinqlərində ilk 200-lükdə yer alan universitetlərin doktorantura məzunları.

Beynəlxalq bilik və təcrübənizi Azərbaycanın elmi və akademik inkişafına yönəltmək istəyirsinizsə, sizi ADNSU ailəsinə qoşulmağa dəvət edirik.

Müraciət et

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.