Python Təlimçisi(Kids-uşaqlar üçün Software Village Sumqayıt filialı-namizədin Sumqayıtda və ya şəhərə yaxın ərazidə yaşaması şərtdir.)
Software Village komandası böyüyür!
Sumqayıt filialımız üçün Python(Kids) proqramlaşdırma(Kids-uşaqlar üçün) dili üzrə təlimçi axtarırıq. Əgər proqramlaşdırmanı sevir, öyrətməkdən zövq alırsansa — səni komandamızda görmək istəyirik!
Tələblər:
Python proqramlaşdırma dilini dərindən bilmək
Əsas konseptlərdə (dəyişənlər, dövrlər, şərtlər, funksiyalar) yüksək səviyyədə bacarıq
OOP prinsiplərini (class, inheritance, encapsulation, polymorphism) tətbiq edə bilmək
Fayllarla işləmə, try-except və modul idarəetməsi mövzularında təcrübə
list, dict, set, tuple kimi məlumat tipləri ilə rahat işləmək
map(), filter() kimi built-in funksiyaların tətbiqində bacarıq
Oyun proqramlaşdırması (Pygame, Python Arcade) və vizual layihələr hazırlamaq bacarığı üstünlük sayılır.
Vəzifə öhdəlikləri (Python Kids Təlimçisi):
8–16 yaş aralığındakı uşaqlara Python proqramlaşdırma əsaslarını əyləncəli və interaktiv formada öyrətmək
Dərslərdə oyunlar, vizual layihələr və praktiki məşğələlər vasitəsilə maraqlı tədris mühiti yaratmaq
Uşaqların məntiqi düşünmə və problem həll etmə bacarıqlarını inkişaf etdirmək
Tələbələrin proqresini izləmək, fərdi dəstək göstərmək və motivasiyasını qorumaq
Tədris materiallarını uşaqların yaşına uyğunlaşdırmaq və tədris proqramının inkişafında iştirak etmək
Qeyd: Namizədin Sumqayıtda və ya şəhərə yaxın ərazidə yaşaması şərtdir.
[email protected] - CV-lərinizi mail ünvanına göndərə bilərsiniz.


