AzTU-da əcnəbi tələbələrin qəbulu üzrə baş mütəxəssis vəzifəsinə vakansiya elan olunur

 

Əmək funksiyaları:

 

Əcnəbi tələbələrin qəbulu və qeydiyyatı üzrə lazımi sənədləşmə prosedurlarının həyata keçirilməsini təşkil edir və ona nəzarət edir, əcnəbi müraciətçilərlə müsahibələri təşkil edir;

Hazırlıq kurslarının (Azərbaycan, rus və ingilis dilləri üzrə) təşkilini koordinasiya edir, qrupların formalaşdırılmasını, müvafiq kafedralara tapşırıqların verilməsini, dərs cədvəllərinin hazırlanmasını və auditoriyaların bölüşdürülməsini təmin edir, dərslərə, tələbələrin davamiyyətinə və imtahanların təşkilinə dəstək göstərir;

Əcnəbi tələbələr haqqında məlumatların Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Ali və orta ixtisas təhsil müəssisələrinin informasiya sisteminə (AOİTAS) daxil edilməsini icra edir;

Əcnəbi tələbələrlə bağlı statistik məlumatların hazırlanmasını təmin edir;

Əcnəbi tələbə cəlbi məqsədilə ölkə daxilində və xaricdə təşviq və təbliğat fəaliyyətlərini həyata keçirir, bununla bağlı müvafiq qurum və təşkilatlarla əlaqələr qurur;

Universitetin beynəlxalq təhsil və elm məkanında təmsil olunması üzrə təkliflər hazırlayır, beynəlxalq sərgilər, forumlar və tədbirlər haqqında məlumatları toplayır və bu tədbirlərdə universiteti təmsil edir;

Beynəlxalq təhsil məkanının tələbləri barədə tədqiqat və analizlər aparır, beynəlxalq təcrübədə tətbiq olunan mexanizmləri əcnəbi tələbə cəlbində istifadə edir;

Əcnəbi tələbələrin Azərbaycanda yaşadıqları müddətdə yerli cəmiyyətə inteqrasiyasının təmin olunması üçün tədbir və proqramlar təşkil edir, onların universitetin mədəniyyət tədbirlərinə cəlb olunmasını təmin edir;

Fəaliyyəti ilə bağlı mütəmadi hesabatlar hazırlayır, mövcud çətinlik və əngəlləri müəyyən edir, aradan qaldırılması üçün təklif və tövsiyələr hazırlayır.

 

Tələblər

 

Ali təhsil (Magistr təhsili üstünlük hesab ediləcək);

Minimum 2 il iş təcrübəsi (müvafiq sahə və ya təhsil sahəsi üzrə);

Dil bilikləri: İngilis, rus və türk dillərində sərbəst şəkildə ünsiyyət qurmaq, oxumaq və yazmaq bacarığı;

MS Office (Word, Excel) proqramları üzrə biliklər;

Ünsiyyətcillik, komanda ilə işləmək bacarığı, liderlik, analitik düşünmə və müstəqil qərar qəbul etmə qabiliyyəti;

Əcnəbilərin Azərbaycan Respublikasında təhsil alması Qaydaları, Azərbaycan Respublikası Miqrasiya Məcəlləsi, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları və ölkənin müvafiq qanunvericilik bazası haqqında biliklər.

 

Müraciət üçün son tarix: 15.07.2026

 

Maraqlanan şəxslərdən CV-lərini [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.