Baku ID 2026-nın bir parçası olmağa hazırsan?
Baku ID 2026 üçün Volunteer və Supervisor qeydiyyatı artıq açıqdır!
İnnovasiya, sahibkarlıq və texnologiya dünyasının aparıcı simalarını bir araya gətirən regionun önəmli startup festivallarından birinin təşkilatçı komandasına qoşulmaq fürsətini qaçırma.
Volunteer və ya Supervisor olaraq səni nə gözləyir?
Yerli və beynəlxalq investorlar, sahibkarlar, mentorlar və sənaye liderləri ilə şəbəkələşmə imkanı;
Startup ekosisteminin əsas oyunçuları və Baku ID komandasının bir hissəsi kimi unikal təcrübə;
Tədbir və komanda idarəçiliyi üzrə praktiki bacarıqlar qazanmaq imkanı;
Festivalın pərdəarxası proseslərini yaxından izləmək və idarə etmək təcrübəsi;
Tədbirin sonunda iştirak sertifikatı.
Volunteer və Supervisor rolları üzrə tələblər və öhdəliklərlə tanış olmaq üçün qeydiyyat formasını nəzərdən keçirməyi unutma.
Müraciət etmək üçün: https://bakuid.com/why-attend-volunteer
Son müraciət tarixi: 13 iyul 2026, 23:59
Gəl, birlikdə Baku ID 2026-nı hər kəs üçün daha unudulmaz təcrübəyə çevirək!