2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə AzTU-da Müəllim–Tələbə Startap Müsabiqəsi keçiriləcək.
Məqsəd müəllim və tələbə əməkdaşlığını gücləndirmək, innovativ düşüncəni təşviq etmək və universitet daxilində startap mədəniyyətinin formalaşmasına töhfə verməkdir.
Müsabiqədə komandalar real problemlərə yönəlmiş texnoloji əsaslı startap ideyaları ilə iştirak edəcək.
Komanda tərkibi:
1 müəllim (mentor) və 2 tələbə
İstiqamətlər:
Təhsildə rəqəmsal həllər, ağıllı universitet, süni intellekt və məlumat analitikası, kibertəhlükəsizlik, aqrar texnologiyalar, energetika və enerji effektivliyi, nəqliyyat və logistika, maliyyə və rəqəmsal iqtisadiyyat, sosial problemlərə texnoloji həllər və s.
Qeydiyyat üçün son tarix: 28.01.2026
Final: 02.02.2026
Müsabiqənin final mərhələsi Azərbaycan Texniki Universitetində keçiriləcək.
Qalib komandalara pul mükafatı və sertifikatlar təqdim ediləcək.
Təşkilatçılar:
Azərbaycan Texniki Universiteti
AzTU Həmkarlar İttifaqı Komitəsi
AzTU Tələbə Həmkarlar İttifaqı Komitəsi
AzTU İnkubasiya Mərkəzi
Qeydiyyat linki: LİNK