Kommunikasiya departamenti / Media və informasiya təminatı şöbəsi / Böyük mütəxəssis vakansiyası üzrə namizəd axtarışı aparılır. Vakansiya barədə məlumatlarla aşağıda tanış ola bilərsiniz:
Vəzifə öhdəlikləri:
- Agentliyin tədbirləri, layihələri, görüşləri və digər fəaliyyətləri zamanı yüksək keyfiyyətli foto və video çəkilişlərin aparılması;
- Çəkiliş üçün zəruri texniki avadanlıqların (kamera, suflyor, obyektiv, stabilizator, mikrofon, işıqlandırma və s.) hazırlanması və saz vəziyyətdə saxlanılması;
- Çəkilişdən əvvəl məkanın, işıqlandırmanın və kadrların planlaşdırılması;
- Səs yazısı və səs keyfiyyətinin təmin edilməsi, mikrofonlarla işləmək bacarığı;
- Video materialların müasir proqram təminatları (Adobe Premiere Pro, After Effects və s.) vasitəsilə peşəkar montajının həyata keçirilməsi;
- Motion qrafika və vizual effektlərin hazırlanması;
- Video və foto materialların hazırlanmasında süni intellekt (AI) resurslarından istifadə;
- Foto materialların redaktə edilməsi və vizual tərtibatının hazırlanması (Adobe Photoshop, Lightroom);
- Qrafik elementlər, ikonlar və dizayn işləri üzrə Illustrator proqramı ilə işləmək (üstünlükdür);
- Foto və video arxivinin formalaşdırılması, sistemləşdirilməsi və qorunması.
Vəzifənin tutulmasına dair tələblər:
- Təhsil tələbi: Ali
- İş stajı: Müvafiq sahədə minimum 2 il iş təcrübəsi;
- Kompüter bilikləri: Adobe proqramları və video montaj alətləri ilə sərbəst işləmək bacarığı.
Tələb olunan bilik və bacarıqlar:
- Texniki tapşırıqları düzgün anlama və vaxtında icra etmə bacarığı;
- Zamanın effektiv idarə olunması və operativlik;
- Analitik və yaradıcı yanaşma;
- Komandada işləmək və effektiv kommunikasiya bacarığı.
Göstərilən tələblərə cavab verən namizədlərin CV və portfoliolarını mövzu hissəsinə “Media və informasiya təminatı şöbəsi üzrə böyük mütəxəssis” qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Müraciət üçün son tarix: 29.01.2026