AzTU-da SABAH qrupları üzrə proqram rəhbəri vəzifəsinə vakansiya elan olunur

 

Əmək funksiyaları:

·Tədris proqramlarının hazırlanması, yenilənməsi və inkişaf etdirilməsi;

·Təhsil standartlarına və akkreditasiya tələblərinə uyğunluğun təmin edilməsi;

·Akademik heyətlə əməkdaşlığın və koordinasiyanın təşkili;

·Tədris prosesinin monitorinqi, təhlili və qiymətləndirilməsi;

·Hesabatların və müvafiq sənədlərin hazırlanması;

·Tələbələrin akademik inkişafının dəstəklənməsi;

·Tədris keyfiyyətinin artırılması istiqamətində təşəbbüslərin həyata keçirilməsi.

 

Tələblər:

 

·Kompüter mühəndisliyi, kompüter elmləri, informasiya texnologiyaları və ya informasiya təhlükəsizliyi ixtisasları üzrə ali təhsil;

·Təhsil və ya İT sahəsində minimum 3 il iş təcrübəsi;

·Tədris proqramlarının hazırlanması və idarə olunması sahəsində bilik və təcrübə;

Reklam

·Təhsil standartları, akkreditasiya və keyfiyyət təminatı prosesləri barədə bilik;

·Akademik və inzibati sənədlərlə işləmək bacarığı;

·Azərbaycan, rus və ingilis dillərini yüksək səviyyədə bilmək.

 

Üstünlük veriləcək namizədlər:

·PhD (fəlsəfə doktoru) elmi dərəcəsinə malik namizədlər;

·Xarici ölkələrin nüfuzlu universitetlərində müvafiq ixtisaslar üzrə təhsil almış şəxslər;

·Beynəlxalq sertifikatlara malik mütəxəssislər;

·Elmi məqalələri və akademik fəaliyyəti olan namizədlər.

 

Maraqlanan namizədlərdən mövzu yerinə vakansiya adını qeyd etməklə CV-lərini [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.

 

Müraciət üçün son tarix: 31.07.2026

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.