Dünya çempionatında könüllü ol, beynəlxalq təcrübə qazan!
Sosial media, foto və video çəkilişlərinə marağın var? O zaman bu fürsət sənin üçündür!
U17 Dünya Çempionatı zamanı media və marketinq komandamızın bir hissəsinə çevril, dünyanın ən mötəbər güləş yarışlarından birinin təbliğatında iştirak et
U17 Dünya Çempionatında media və marketinq könüllüsü olaraq:
Beynəlxalq idman tədbirində iş təcrübəsi qazanacaqsan;
Foto, video və sosial media sahəsində bacarıqlarını inkişaf etdirəcəksən;
Peşəkar media və marketinq komandası ilə işləyəcəksən;
CV-ni gücləndirəcək sertifikat və təcrübə əldə edəcəksən;
Yeni dostlar, əlaqələr və unudulmaz xatirələr qazanacaqsan;
Dünya çempionatının ən maraqlı anlarını ilk yaşayanlardan olacaqsan.
İndi CV-ni göndər: [email protected]


