Bakı Ali Neft Məktəbinin tələbələrinin nəzərinə
SOCAR-ın “Rafineri və Petrokimya İş Birimi” nəzdində fəaliyyət göstərən Ar-Ge və İnnovasiya komandası ilə Bakı Ali Neft Məktəbinin əməkdaşlığı çərçivəsində “SOCAR R&D Innovation Bridge” Programı başlayır.
Proqram çərçivəsində tələbələr neft emalı və neft-kimya sahəsində real sənaye problemləri üzərində işləyərək yenilikçi və tətbiq oluna bilən həllər hazırlayacaq, sahə mütəxəssisləri ilə birlikdə çalışmaq və biliklərini real layihələrdə tətbiq etmək imkanı əldə edəcəklər.
Hazırlanacaq layihələr SOCAR-ın Ar-Ge mütəxəssisləri və akademik heyətdən ibarət münsiflər tərəfindən qiymətləndiriləcək.
Proqramın üstünlükləri:
Real sənaye problemləri üzərində işləmək imkanı
SOCAR Ar-Ge mütəxəssislərindən mentorluq dəstəyi
İnnovasiya və problem həlli bacarıqlarının inkişafı
Universitet–sənaye əməkdaşlığının bir hissəsi olmaq
Dəyərli praktik təcrübə qazanmaq
Mükafatlar:
I yer – Dəyərli hədiyyələr və “SOCAR Türkiyə Rafineri və Petrokimya İş Birimi”nə bir həftəlik səfər. Qalib komanda texniki təlimlərdə iştirak edəcək və Ar-Ge fəaliyyətləri ilə yaxından tanış olmaq imkanı qazanacaq.
II və III yerlər – dəyərli hədiyyələrlə mükafatlandırılacaq.
Qeydiyyat tarixləri: 19-29 iyul
Qeydiyyat linki: LİNK


