Təcrübəçi Akkaunt Menecer axtarılır:
Şirkətimiz rəqəmsal dünyada ilk addımlarını atmaq və bu sahədə peşəkarlaşmaq istəyən gənc və dinamik komanda yoldaşı axtarır! Peşəkar mühitdə real iş təcrübəsi qazanmaq və karyeranıza uğurlu başlanğıc etmək istəyirsinizsə, bu fürsət sizin üçündür.
Şərtlər və Üstünlüklər:
Təcrübə müddəti: 3 ay (ödənişsiz)
Karyera imkanı: 3 aylıq təcrübə proqramını uğurla başa vuran namizəd daimi işlə təmin olunacaqdır.
Vəzifə Öhdəlikləri:
Sosial media platformalarında paylaşımların edilməsi və idarə olunması.
Müştərilərlə keçirilən görüşlərdə və dialoqlarda iştirak etmək, qeydlər götürmək və kommunikasiyanın qurulmasına dəstək olmaq.
Namizədə Dair Tələblər:
Təhsil: Ali təhsil (mütləqdir).
Dil bilikləri: Rus dili (B2); digər xarici dil bilikləri olan namizədlərə üstünlük veriləcəkdir.
Yaş həddi: 20 - 26 yaş.
Cins: Xanım namizədlər.
Öyrənməyə həvəsli, punktual və ünsiyyətcil olmaq.
Müraciət Qaydası:
Maraqlanan namizədlərdən CV-lərini [email protected] elektron poçtuna, mövzu hissəsində "Təcrübəçi Akkaunt Menecer" qeyd edərək göndərmələri xahiş olunur.


