Bakı Metropoliteni İşarəvermə və rabitə üzrə təcrübə proqramı elan edir.
Bu fürsət sizə gələcək karyeranızı metropolitendə qurmaq imkanı yaradacaq!
Qatarların hərəkətinin fasiləsiz və təhlükəsiz şəkildə tənzimlənməsi üçün siqnal və idarəetmə sistemlərinin düzgün işinin təmin edilməsi sahəsində biliklərinizi artırmaq, həmçinin real iş şəraitində təcrübə qazanmaq istəyən bütün namizədləri təcrübə proqramımıza qoşulmağa dəvət edirik!
Proqram sizə nə qazandıracaq?
3 ay müddətində nəzəri və praktik biliklərlə zəngin intensiv təlim
Peşəkar mühitdə real iş təcrübəsi və mentor dəstəyi
Təcrübə dövründə aylıq əməkhaqqı
Təcrübənin sonunda davamlı işə qəbul imkanı
Nəqliyyat sahəsində uzunmüddətli və sabit karyera inkişafı
Biz kimləri axtarırıq?
Cinsindən asılı olmayaraq, yaşı 22-35 arası olan gənclər
Təhsili avtomatlaşdırma, avtomatika və idarəetmə, elektronika, telekommunikasiya, radiotexnika, energetika və dəmiryol rabitəsi sahələri üzrə olan məzunlar
Seçim prosesi necə aparılır?
İxtisas üzrə test imtahanı
Ətraflı müsahibə
Psixoloji dayanıqlılıq və qərarvermə qabiliyyətini yoxlayan testlər
Metropoliten sizə nə vəd edir?
Metropolitendən ödənişsiz istifadə
Nahar (güzəştli)
Müraciət üçün:
Vakansiya üçün Metropolitenin hr.metro.gov.az portalında qeydiyyatdan keçərək müvafiq link vasitəsilə müraciətinizi tamamlaya bilərsiniz.
Müraciət üçün son tarix: 15 fevral 2026-cı il
Uğurlar!