Bakı Metropoliteni qatar maşinisti peşəsi üzrə təcrübə proqramı elan edir.
Bu fürsət sizə gələcək karyeranızı metropolitendə qurmaq imkanı yaradacaq!
Proqram sizə nə qazandıracaq?
6 ay müddətində nəzəri və praktik biliklərlə zəngin intensiv təlim
Peşəkar mühitdə real iş təcrübəsi və mentor dəstəyi
Təcrübə dövründə minimum aylıq əmək haqqı
Təcrübənin sonunda davamlı işə qəbul imkanı
Nəqliyyat sahəsində uzunmüddətli və sabit karyera inkişafı
Biz kimləri axtarırıq?
Cinsindən asılı olmayaraq, yaş - 22-35 arası gəncləri
Təhsil - ali texniki, orta texniki və ilk peşə ixtisaslı
Kişi namizədlər üçün hərbi bilet (yararlılıq kateqoriyası ilə)
Seçim prosesi necə aparılır?
İxtisas üzrə test imtahanı
Ətraflı müsahibə
Psixoloji dayanıqlılıq və qərarvermə qabiliyyətini yoxlayan testlər
Metropoliten sizə nə vəd edir?
Metropolitendən ödənişsiz istifadə
Nahar (güzəştli)
Müraciət üçün:
Vakansiya üçün Metropolitenin hr.metro.gov.az portalında qeydiyyatdan keçərək müvafiq link vasitəsilə müraciətinizi tamamlaya bilərsiniz.
Müraciət üçün son tarix: 15 fevral 2026-cı il
Uğurlar!