“Bakı Metropoliteni” QSC “Metro Engineer” layihəsi çərçivəsində 6 aylıq maaşlı təcrübə proqramı elan edir!

 

Gələcəyin şəhər nəqliyyatını quran metro mühəndislərindən biri sən ol!

 

“Metro Engineer” proqramı real texniki mühitdə mühəndislik biliklərini inkişaf etdirmək, metro sistemlərinin istismar və texniki xidmət proseslərini yaxından öyrənmək və gələcəkdə metropolitendə davamlı mühəndis karyerası qurmaq istəyən gənclər üçün nəzərdə tutulub.

 

Sizi hansı öhdəliklər gözləyir?

• Metro infrastrukturunun illik və aylıq plan qrafiklərinin və plan qrafikinə əsasən icra olunan işlərin icra statusununun yoxlanılması, strukturların illik satınalma planlarının hazılanmasına nəzarət və yoxlanması

• Texniki pasportların və birxətli sxemlərin yenidən işlənilməsi

• İş həcmlərinin yoxlanılması, sahələrə mühəndis-texniki nəzarət

• Nasazlıqların statistik təhlili, material sərfiyyatı normalarının işlənməsi və yoxlanılması

 

Proqram sizə nə qazandıracaq?

• 6 ay müddətində nəzəri və praktik biliklərlə zəngin intensiv təlim

• Peşəkar mühitdə real iş təcrübəsi və mentor dəstəyi

• Təcrübə dövründə aylıq əməkhaqqı

• Təcrübənin sonunda davamlı işə qəbul imkanı

• Nəqliyyat sahəsində uzunmüddətli və sabit karyera inkişafı

 

Biz kimləri axtarırıq?

• Cinsindən asılı olmayaraq, yaşı 22-35 arası olan gəncləri

• Minimum GPA: 80/100

• İngilis dili biliyinin olması arzuolunandır

• Açıq fikirli, öyrənməyə və işləməyə həvəsli, komanda ruhuna sahib biri olmalıdır

• Kişi namizədlər üçün hərbi bilet (yararlılıq kateqoriyası ilə)

• Microsoft Office proqramlarında işləməyi bilməlidir

 

Təhsil tələbi: Ali təhsil müəssisələrini aşağıdakı və ya əlaqəli mühəndislik ixtisasları üzrə bitirən məzunlar

• Elektrik və elektronika mühəndisliyi

• Elektrotexnika və elektromexanika 

• Mexanika mühəndisliyi

• Nəqliyyat mühəndisliyi

• Avtomatika və idarəetmə

• Telekommunikasiya/Rabitə mühəndisliyi

 

Seçim prosesi necə aparılır?

• İlkin müsahibə

• Psixoloji dayanıqlılıq və qərarvermə qabiliyyətini yoxlayan testlər

• Yekun müsahibə

 

Metropoliten sizə nə vəd edir?

• Metropolitendən ödənişsiz istifadə

• Nahar (güzəştli)

• Ekspertlərlə “networking” və praktiki biliklər

• Karyera imkanları

 

Müraciət üçün

Metropolitenin hr.metro.gov.az portalında qeydiyyatdan keçərək aşağıdakı müvafiq linki vasitəsilə müraciətinizi tamamlaya bilərsiniz. 

 

Yol və tunel qurğuları üzrə 

Elektrik təchizatı üzrə 

Elektromexanika üzrə 

İşarəvermə və rabitə üzrə 

Qatarların təmiri üzrə 

 

 Son müraciət tarixi: 03 aprel 2026-cı il

 

Uğurlar

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.