Xalq Sığorta ASC Təcrübəçi Hüquqşünas vakansiyasını elan edir.
İş haqqında məlumat:
Hüquqi sənədlərin (müqavilələr, etibarnamələr, ərizələr) ilkin layihələrinin hazırlanmasında iştirak etmək;
Qanunvericilikdəki yenilikləri izləmək və müvafiq mövzularda hüquqi araşdırmalar aparmaq;
Məhkəmə iddialarının və digər prosessual sənədlərin qovluqlaşdırılması və arxivləşdirilməsi;
Dövlət orqanlarına göndərilən məktubların qeydiyyatı və izlənilməsi;
Notariat kontorlarında və digər dövlət qurumlarında sənədləşmə işlərinə dəstək göstərmək.
Namizədə dair tələblər:
Təhsil: Hüquqşünaslıq ixtisası üzrə 4-cü kurs tələbəsi və ya yeni məzun;
Dil bilikləri: Azərbaycan dilində mükəmməl yazı və nitq qabiliyyəti (Rus və ya İngilis dili biliyi üstünlükdür);
Kompüter bacarıqları: MS Office (xüsusilə Word və Excel) proqramlarından sərbəst istifadə;
Şəxsi keyfiyyətlər: Öyrənməyə meyillilik, intizamlılıq, komandada işləmək bacarığı və məsuliyyət.
İş şərtləri:
· İş qrafiki: 5 günlük iş həftəsi ;
· İş yeri: Bakı şəhəri;
· Əmək haqqı: Namizədin bilik və bacarıqlarından asılı olaraq razılaşdırılacaqdır
· İmtiyazlar: Könüllü tibbi sığorta;
· Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını (Təçrübəçi/ Hüquq) qeyd edərək, [email protected] elektron ünvanına göndərilməsi xahiş olunur.