Real iş mühitində peşəkar bilik və bacarıqlarını inkişaf etdirmək, korporativ iş proseslərini yaxından öyrənmək və gələcəkdə Bakı Metropolitenində karyera qurmaq istəyən gəncləri Yay Təcrübə Proqramına dəvət edirik.
Təcrübə proqramı aşağıdakı struktur bölmələrini əhatə edir:
Maliyyə departamenti
Təchizat zəncirinin idarə olunması departamenti
İnsan resursları departamenti
Kommersiya departamenti
Kommunikasiya departamenti
Sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi (SƏTƏMM) departamenti.
Proqram sizə nə qazandıracaq?
2 ay müddətində nəzəri və praktik biliklərlə zəngin intensiv təlim;
Peşəkar mühitdə real iş təcrübəsi və mentor dəstəyi;
Təcrübə dövründə aylıq əməkhaqqı;
Müxtəlif fəaliyyət istiqamətləri üzrə praktiki iş təcrübəsi;
Real praktik tapşırıqlar üzərində iş;
Təcrübənin sonunda işə qəbul imkanlarının qiymətləndirilməsi.
Biz kimləri axtarırıq?
Müvafiq ixtisas üzrə bakalavr pilləsinin son kursunda və ya magistr pilləsində təhsil alan tələbələr, o cümlədən son 2 il ərzində məzun olmuş şəxslər;
Biznes və idarəetmə, insan resursları, iqtisadiyyat və maliyyə, hüquq, marketinq və kommunikasiya, riyaziyyat və data analitikası, əməyin mühafizəsi, texniki təhlükəsizlik və ətraf mühitin mühafizəsi istiqamətləri üzrə təhsil alan və ya məzun olmuş namizədlər;
Universitetə qəbul balı 500 və yuxarı olan namizədlər;
Minimum GPA: 80/100;
Açıq fikirli, öyrənməyə və işləməyə həvəsli, komanda ruhuna və analitik düşüncəyə sahib yüksək motivasiyası olan şəxslər.
Seçim prosesi necə aparılır?
Məntiq və ingilis dili üzrə test imtahanı
Müsahibə mərhələsi
Yekun qiymətləndirmə
Metropoliten sizə nə vəd edir?
Metropolitendən ödənişsiz istifadə
Nahar (güzəştli)
Peşəkar mentor dəstəyi
Karyera inkişafı imkanları
Müraciət üçün
Proqrama qoşulmaq üçün Bakı Metropoliteninin HR portalında (hr.metro.gov.az) qeydiyyatdan keçərək qeyd olunan təcrübə keçmək istədiyiniz struktur bölmənin müvafiq linki vasitəsilə müraciətinizi tamamlamalısınız.
• Təchizat zəncirinin idarə olunması departamenti
• İnsan resursları departamenti
• Sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi (SƏTƏMM) departamenti
Müraciət üçün son tarix: 28 iyun 2026-cı il
Uğurlar!