Gənclərlə işləyən şəxslər, QHT nümayəndələri, müəllimlər, Gənclər Evlərinin əməkdaşları və rəqəmsal dünyada dəyişiklik yaratmaq istəyən gənclər üçün yeni imkan!
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi, "İRƏLİ" İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən layihə rəqəmsal savadlılıq, kiber təhlükəsizlik, şəxsi məlumatların qorunması, media savadlılığı və süni zəka dövründə yayılan saxta xəbərlərlə mübarizə istiqamətində gəncləri gücləndirməyi hədəfləyir.
Layihə çərçivəsində seçiləcək 25 iştirakçı Bakıda keçiriləcək təlim düşərgəsində iştirak edəcək və daha sonra öz bölgələrində rəqəmsal maarifləndirmə fəaliyyətləri həyata keçirəcəklər.
Təlim proqramında:
* Rəqəmsal etika və təhlükəsizlik
* Fake news və AI əsaslı manipulyasiyalar
* Şəxsi məlumatların qorunması
* Təlimçilik və fasilitasiya bacarıqları
* Sosial media kampaniyalarının hazırlanması
* Rəqəmsal resurs və kontent yaradılması mövzuları yer alacaq.
Layihənin əsas məqsədi yalnız məlumat vermək deyil, gənclər üçün rəqəmsal savadlılıq üzrə yeni nəsil təlimçilər yetişdirməkdir.
Kimlər müraciət edə bilər?
* 22-35 yaş arası gənclər
* QHT və Gənclər Evlərinin nümayəndələri
* Müəllimlər və təhsil işçiləri
* Gənclərlə işləyən şəxslər
* Rəqəmsal mövzulara marağı olan aktiv gənclər
Layihə çərçivəsində iştirakçılar gələcəkdə #RəqəmsalKimlik kampaniyasının bir hissəsinə çevrilərək minlərlə gəncin rəqəmsal təhlükələrə qarşı maariflənməsinə töhfə verəcəklər.
Müddət: May – İyul 2026
Bakı şəhəri
Qeydiyyat üçün son tarix: 22 iyun
Link
Qeyd: Təlimlərdə iştirak etmiş şəxslər növbəti mərhələdə öyrəndiyi bilikləri gənclərə çatdırmaq üçün görüşlər təşkil etməli, ən az 100 nəfəri maarifləndirməlidir.