"Baş mühasib" vakansiyası
Vəzifə öhdəlikləri:
- Mühasibat əməliyyatlarının gündəlik olaraq müvafiq proqram təminatında aparılmasına nəzarət;
- Mal-material ehtiyatlarının, əsas vəsaitlərin və digər aktivlərin uçotunun aparılmasına nəzarət;
- Vergi Məcəlləsi və digər qanunvericiliklərin tələblərinə uyğun olaraq vergi və DSMF hesabatlarının hazırlanması və vaxtında təqdim edilməsi;
- Dövlət orqanlarına təqdim olunan bütün məcburi (statistika və digər) hesabatların hazırlanması və təqdim edilməsi;
- Mühasibat proqramında qalıqların düzgünlüyünün, etibarlılığının və aktuallığının təmin edilməsi;
- Təhvil-təslim aktlarının və e-qaimələrin uçot məlumatları ilə uyğunlaşdırılmasına nəzarət;
- Debitor və kreditor borclarının (AR/AP) izlənilməsi, üzləşmələrin aparılması və vaxtında bağlanılmasının təmin edilməsi;
- Bank əməliyyatlarının uçotu, bank üzləşmələrinin aparılması və pul vəsaitlərinin hərəkətinə nəzarət;
- Təchizatçılarla maliyyə məsələləri üzrə yazışmaların aparılması və uyğunsuzluqların aradan qaldırılması;
- Ay sonu və il sonu bağlanış proseslərində iştirak (xərclərin analizi və maliyyə yoxlamaları daxil olmaqla);
- Maliyyə və idarəetmə hesabatlarının hazırlanmasında iştirak və uyğunluğun təmin edilməsi;
- Daxili və xarici auditlərdə iştirak və auditorlarla əməkdaşlıq;
- Əməliyyat və satınalma komandaları ilə koordinasiya edərək proseslərin düzgün icrasını təmin etmək;
- Əmək haqqı, məzuniyyət və son haqq-hesab ödənişlərinin hesablanması və ödənilməsi;
- Əmək haqqı kartlarının sifarişi;
- Müqavilələrin hazırlanmasında iştirak;
- E-qaimələrin uçotu (akt və hesab-fakturaların hazırlanması) və İİKO proqramı ilə üzləşmələrin aparılması;
- Rəhbərlik tərəfindən verilən digər mühasibat və maliyyə tapşırıqlarının icrası;
Tələblər:
- Maliyyə, mühasibat uçotu və ya əlaqəli sahə üzrə ali təhsil;
- Azərbaycan Respublikasının vergi qanunvericiliyi üzrə biliklər;
- Müvafiq sahə üzrə minimum 3–4 il iş təcrübəsi;
- Peşəkar sertifikatlar üstünlükdür (ACCA, PMS və s.);
- MS Office proqramlarında, xüsusilə Excel-də yüksək səviyyədə işləmə bacarığı;
- İİKO proqramını bilmək mütləqdir;
- 1C mühasibat proqramı ilə iş təcrübəsi;
- Analitik düşüncə, təşkilatçılıq və problem həll etmə bacarıqları;
- Müstəqil işləmə və çoxsaylı tapşırıqları idarə etmə;
İş şəraiti:
5 günlük iş qrafiki;
İş vaxtı 9.00-dan 18.00-dək;
AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
Əmək haqqı razılaşma əsasında;
Uyğun namizədlər CV-nizi [email protected] elektron ünvanına göndərə bilərsiz.