Namizədlərin Dövlət Proqramına müraciət edərkən ən çox yol verdikləri xətalar əsasında diqqət edilməli məqamları sizinlə bölüşürük:

 

1️ IELTS sertifikatı sənədin əldə edildiyi qurum tərəfindən imzalanmalı və möhürlənməlidir;

2️ Ümumi Orta Müvəffəqiyyət Göstəricisi (ÜOMG) 100 ballıq şkala üzrə təqdim edilməlidir; 

3️ Xarici ali təhsil müəssisəsində təhsil alan namizədlərin sənədlərində bəzən ÜOMG (100 ballıq şkala üzrə) qeyd olunmur, bu halda ekvivalentlik göstərən sənəd təqdim edilməlidir. (Namizəd ekvivalenti xarici ATM-dən əldə etməlidir, ÜOMG arayış və ya transkriptin sonuna qeyd edilə bilər);

4️ Şəxsiyyət vəsiqəsinin hər iki üzü əlavə edilməlidir; 

5️ Sənədlər elektron sistemə PDF formatında yüklənilməlidir.

Vacib elan və məlumatlardan xəbərdar olmaq üçün rəsmi səhifələrimizi izləmədə qalın.

Müraciət et

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.