“AZERA Holding” MMC tərkibindəki BMP QSC-də Baş Xəzinədar üzrə vakansiyasını elan edir.
Vəzifə öhdəlikləri:
•Kassa aparatlarının düzgün və qaydalara uyğun işləməsinə nəzarət
•Günlük kassa açılışı və bağlanışını həyata keçirmək
•Nağd pul, kart və digər ödənişlərin düzgün yoxlanılması
•Kassadakı pul qalığını yoxlamaq və hesabat aparmaq
•Günlük hesabatların göndərilməsi
•Artıq və ya əskik pul hallarında akt tərtib etmək və kassaya mədaxil etmək.
•Pul və qiymətli sənədlərin təhlükəsizliyini təmin etmək
•Həkimlərə və işçilərə aylıq əmək haqqıların verilməsi
•Gündəlik olaraq kassaya mədaxil və məxariclərin edilməsi və sistemə işlənilməsi
•Digər kassirlərin işinə nəzarət və koordinasiya
•Kassirlərə iş bölgüsü aparmaq
•İş qaydalarının pozulması hallarında rəhbərliyə məlumat vermək
•Qaytarma və endirim əməliyyatlarını qaydalara uyğun icra etmək
Tələblər:
•Ali təhsil
•Minimum 2 il
•Mühasibatlıq üzrə təlimlər üstünlükdür.
•Azərbaycan dili səlis, rus dili arzu olunandır
•Ofis proqramlarını yaxşı səviyyədə bilməsi mütləqdir.
İş şərtləri:
Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən rəsmiləşdirmə.
Əmək haqqı: 1200 AZN (NETT)
İş qrafiki: 6 günlük
CV-nizi “Baş xəzinadar” mövzusu, şirkətin adı qeyd olunmaqla [email protected] ünvanına göndərin və komandamızın bir parçası olun!