Project Manager - Sharaf Media
Biz layihələri, insanları və nəticəni eyni anda idarə edə bilən güclü Project / Account Manager axtarırıq. Bu mövqe sistemli düşünən, operativ qərar verən və prosesləri idarə etməyi bacaran peşəkarlar üçündür.
Agentlikdə Rolu
Project / Account Manager - partnyorlar, kreativ komanda və prodakşn arasında əsas əlaqələndirici şəxsdir. Bu rol ideyaları real kampaniyalara və ölçülə bilən nəticələrə çevirən mütəxəssis üçündür.
Əsas vəzifələr:
* Layihələrin brifdən yekun hesabatadək idarə olunması
* Vaxt qrafiki, büdcə və resursların koordinasiyası
* Müştərilərlə effektiv kommunikasiya və əlaqələrin inkişafı
* Kreativ, SMM, prodakşn və performance komandalarına tapşırıqların verilməsi
* Kreativ, kontent və reklam kampaniyalarının keyfiyyətinə nəzarət
* Strategiyaların, xüsusi layihələrin və launch proseslərinin hazırlanmasında iştirak
* Təqdimatların hazırlanması və müştərilər qarşısında müdafiəsi
* İnfluencerlər, podratçılar və media platformaları ilə iş
Tələblər:
* Marketinq, digital və ya reklam sahəsində Project / Account Manager kimi iş təcrübəsi
* Güclü kommunikasiya və danışıqlar bacarıqları
* Struktur düşüncə və prioritetləşdirmə qabiliyyəti
* Eyni anda bir neçə layihəni idarə etmək bacarığı
* Digital alətlərin anlayışı: SMM, performance, prodakşn, influencer marketing
* Müstəqillik, təşəbbüskarlıq və liderlik yanaşması
* Qərar vermə və məsuliyyət götürmə bacarığı
Nə əldə edəcəksiniz:
* Güclü lokal və beynəlxalq brendlərlə işləmək imkanı
* Böyük reklam kampaniyalarında və xüsusi layihələrdə iştirak
* Geniş media ekosisteminə çıxış: TV, digital, outdoor, influencer bazarı
* Formal koordinator deyil, real idarəedici rol təcrübəsi
* Sürətli peşəkar inkişaf və liderlik bacarıqlarının formalaşması
* Güclü kreativ komanda ilə iş: prodakşn, dizayn, targetinq, strategiya
* Qərarlara təsir etmək və layihələrin inkişafında aktiv rol almaq
* Böyük və real layihələrdən ibarət portfel formalaşdırmaq
Sharaf Media - tam xidmət göstərən kreativ marketinq agentliyidir. Biz strategiya, prodakşn, digital və medianı birləşdirərək işləyən və yadda qalan kampaniyalar yaradırıq.
Layihələri sadəcə müşayiət etmək yox, idarə etmək istəyirsinizsə - komandamıza qoşulun.
İş rejimi və ünvan:
Ünvan: Azure Business Center, 10-cu mərtəbə
İş saatları: 09:00–18:00
İstirahət günləri: Şənbə və bazar günləri, həmçinin dövlət tərəfindən elan olunmuş rəsmi qeyri-iş günləri
Əmək Haqqı: Təcrübənizə və gözləntilərinizə uyğun, rəqabətədavamlı əməkhaqqı təklif olunur.
CV-lərinizi “Project” başlığı ilə [email protected] ünvanına göndərə bilərsiniz.