We're Hiring: Growth & Community Intern

 

Beynəlxalq startup-da işləmək və ingilis dilinizi inkişaf etdirmək istəyirsiniz?

 

Dünyanın müxtəlif ölkələrindən insanlarla ünsiyyət qurmaq, qlobal mühitdə çalışmaq və real iş təcrübəsi qazanmaq istəyirsinizsə, bu təcrübə proqramı sizin üçündür.

 

Speakday komandasına qoşularaq qlobal icmanın inkişafına töhfə verəcək, hər gün dünyanın müxtəlif ölkələrindən insanlarla ingilis dilində ünsiyyət quracaq, kommunikasiya, networking və problem həll etmə bacarıqlarınızı inkişaf etdirəcək, eyni zamanda startup dünyasında dəyərli iş təcrübəsi qazanacaqsınız.

 

 Vəzifələriniz

* Speakday üçün yeni istifadəçilərin və iştirakçıların cəlb edilməsi

* İstifadəçilərlə ünsiyyət qurmaq və onları danışıq sessiyalarına qoşulmağa təşviq etmək

* Müxtəlif platformalarda icmalar yaratmaq, onları idarə etmək və inkişaf etdirmək

* İstifadəçilərin suallarını cavablandırmaq və sadə problemlərin həllinə kömək etmək

* İstifadəçi aktivliyini izləmək və yaranan problemləri komandaya bildirmək

* Speakday-in böyüməsinə töhfə verəcək kreativ marketinq kampaniyaları, sosial media paylaşımları və istifadəçi cəlbetmə ideyaları hazırlamaq

* Əsas inkişaf göstəricilərini izləmək və həftəlik hesabat hazırlamaq

 

 Nələr Qazanacaqsınız

 

 Təcrübə və İnkişaf

* Dünyanın müxtəlif ölkələrindən insanlarla hər gün ingilis dilində danışıq praktikası

* Sürətlə inkişaf edən beynəlxalq startup-da real iş təcrübəsi

* Growth, marketinq, community management və user acquisition sahələrində praktiki biliklər

* Kommunikasiya, problem həll etmə, networking və komanda işi bacarıqlarını inkişaf etdirmək

* CV-nizi gücləndirəcək real startup təcrübəsi

* Speakday qurucu komandası ilə yaxından işləmək imkanı

 

 Karyera İmkanları

Təcrübə proqramını uğurla başa vuran internlər sertifikat və tövsiyə məktubu əldə edəcəklər

 Təcrübə proqramını uğurla başa vurub performans gözləntilərini qarşılayan internlərə Speakday komandasında tam ştat (full-time) iş təklif olunacaq

 

 Kimləri Axtarırıq?

 İngilis dili səviyyəsi minimum B1

 Marketinq, Biznes, Kommunikasiya və ya oxşar sahədə təhsil üstünlükdür (məcburi deyil)

Güclü ünsiyyət və təqdimat bacarıqları

Sosial media platformalarında aktiv olmaq

 Məsuliyyətli, təşəbbüskar və həll yönümlü olmaq

 Community building, marketinq və startup mühitinə maraq göstərmək

 

 Fərqli ölkələrdən insanlarla ünsiyyət qurmağı sevmək

 İş Qrafiki

 Bazar ertəsi – Cümə

 

 10:00 – 16:00 (Ofisdə)

 1 həftə sınaq müddəti

 3 aylıq təcrübə proqramı

 

 Maliyyə Dəstəyi

100 AZN/ay (nəqliyyat və nahar)

 

 Müraciət etmək üçün:

 

https://forms.gle/scLmcndjyKKqAfqq5

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.