Əlaçı təqaüd proqramı yenidən başlayır!
PAŞA Holding növbəti 2026-2027 təqaüd proqramını təqdim edir!
“Əlaçı” proqramı 3-cü və ya 4-cü kurs bakalavr tələbələrini əhatə edən bir illik təqaüd proqramıdır.
“Əlaçı” təqaüd proqramına yüksək imtahan nəticələri ilə fərqlənən və eyni zamanda fəal olaraq dərsdənkənar fəaliyyətlərdə, yəni könüllülük, təcrübə proqramları və sosial layihələrdə iştirak edən tələbələr müraciət edə bilər.
Seçim mərhələlərini uğurla tamamlayan və proqrama seçilən tələbələri nələr gözləyir?
Faydalı təlimlər, karyera məsləhətləri, mentorluq, eləcə də şəbəkələşmə fəaliyyətləri gözləyir. Bundan əlavə, proqram iştirakçıları təqaüd də əldə edəcəklər.
Ətraflı məlumat və qeydiyyat üçün qeyd edilmiş elachi.az veb-səhifəsinə keçid edə bilərsiniz.
Qeydiyyat bu gün saat 20:00-dan etibarən aktiv olacaq!