Vakansiya haqqında

“Birbank Branch Talent Program” Dövlət Məşğulluq Agentliyi ilə əməkdaşlıq çərçivəsində filial istiqaməti üzrə gələcək əməkdaşların hazırlanması və peşəkar inkişafının dəstəklənməsi məqsədilə yaradılmış 6 aylıq inkişaf proqramıdır. Proqram çərçivəsində iştirakçılar nəzəri və praktiki təlimlərdə iştirak edərək real filial mühiti ilə tanış olacaq, bank sektorunda ilkin peşəkar bilik və bacarıqlar əldə edəcəklər. Proqramın sonunda uğurlu iştirakçılar Birbank Talent Pool bazasına daxil ediləcək və gələcək vakansiyalar üzrə qiymətləndiriləcəklər.

 

Tələblər

Ali təhsil (aktiv tələbə statusunun olmaması)

İnkişafa və öyrənməyə açıq olmaq

Güclü ünsiyyət bacarıqlarına sahib olmaq

Komanda ilə işləmə bacarığına sahib olmaq

Satış və müştəri yönümlü düşüncə tərzinə sahib olmaq

Bank sektorunda inkişaf etməyə maraqlı olmaq

Öhdəliklər

Təlim və inkişaf proqramında aktiv iştirak etmək

Nəzəri və praktiki sessiyalarda iştirak etmək

Filial praktikası müddətində verilən tapşırıqları yerinə yetirmək

Mentor və təlimçilərlə əməkdaşlıq etmək

Final qiymətləndirmə və imtahan mərhələsində iştirak etmək

Təklif olunanlar

Reklam

Real iş mühiti ilə tanışlıq

Praktiki inkişaf imkanı

Mentor dəstəyi

Sertifikat əldə etmək imkanı

Talent Pool bazasına daxil olmaq imkanı

Təcrübə müddəti üzrə maliyyə dəstəyi

Haqqımızda

Bir ekosistemində işləmək texnologiya ilə dəyər yaratmaq, insanlara real fayda vermək və gələcəyin həllərini bu gündən qurmaqdır.

Komandalarımız açıq müzakirələr, sürətli qərarlar və davamlı təkmilləşmə üzərində qurulub. Ofislərimizdə ideyalar yaranır, məhsullar formalaşır, texnologiya isə bu ideyaların reallığa çevrilməsinə xidmət edir.

Bir ekosistemində biz sadə, etibarlı və innovativ həllərlə milyonlarla insanın və minlərlə biznesin gündəlik həyatına toxunuruq. Fintek biznesi (Birbank), Ödənişlər biznesi (m10/MilliÖn) və E-ticarət biznesi (Birmarket) bir araya gələrək ölkənin ilk tam inteqrasiyalı rəqəmsal ekosistemini formalaşdırır.

Komandamızın peşəkarlığı sayəsində təqdim etdiyimiz məhsullar yeni vərdişlər yaradır və ölkədə rəqəmsal mədəniyyətin formalaşmasına töhfə verir.

Burada işləmək geniş fürsətlərə malik Bir ekosistemində böyümək deməkdir. Fərqli sahələr, müxtəlif məhsullar və tükənməyən öyrənmə imkanları potensialınızı üzə çıxarmağa və karyeranızı inkişaf etdirməyə şərait yaradır.

 

Müraciət et

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.