Azərbaycan Respublikasının Təhsil İnstitutunun (ARTİ) STEAM, təbiət və texniki fənlərin proqramları şöbəsi müvafiq fənlər üzrə təhsil proqramlarının hazırlanması və mövcud fənn kurikulumlarının təkmilləşdirilməsi işinin təşkili üzrə mütəxəssis vəzifəsinə işçi axtarır.
Əsas vəzifə öhdəlikləri
Müvafiq fənn üzrə təhsil proqramlarının (kurikulumların) hazırlanması və mövcud sənədlərin təkmilləşdirilməsi;
İşçi qruplarının işinin təşkili;
Fənn kurikulumlarına dair maarifləndirmə tədbirlərinin təşkili;
Fənn kurikulumlarının monitorinqi;
Fənn kurikulumlarına dair vebinarların, müzakirələrin və digər fəaliyyətlərin təşkili.
STEAM layihə və tapşırıqlarının hazırlanması.
Namizədlər üçün minimum (məcburi) tələblər
Müvafiq fənn (Biologiya / Kimya / Fizika) üzrə ali təhsil (bakalavr dərəcəsi);
STEAM yanaşmasına dair minimum biliklərə sahib olma;
Müvafiq fənn üzrə dərin biliyə sahib olma;
Müasir pedaqoji yanaşmalar haqqında məlumatlılıq;
Məzmunun hazırlanması və qiymətləndirmə prinsiplərinə dair biliklərə sahib olma;
Beynəlxalq qiymətləndirmə tədqiqatlarının (PISA, TIMSS və s.) çərçivə sənədləri ilə tanışlıq;
Aydın, düzgün, əlaqəli, məqsədyönlü, strukturlu yazma;
Elmi mənbələrlə işləmə (ədəbiyyatı tapmaq, tənqidi qiymətləndirmək və praktik tövsiyəyə çevirmək).
Üstünlük təşkil edən (məcburi olmayan) keyfiyyətlər
Magistr dərəcəsi və ya elmi dərəcə;
İngilis dili üzrə B1/B2 səviyyəsində bilik;
Rəqəmsal tədris alətlərindən (virtual laboratoriya, simulyasiya) və süni intellekt alətlərindən məqsədyönlü istifadə;
Elmi məqalə və ya metodiki nəşrlərin müəllifliyi.
Biz nə təklif edirik?
ARTİ-də işləmək ilk növbədə maddi deyil, mənəvi məmnunluq və peşəkar mənada təsir imkanı deməkdir:
Ölkənin təhsil siyasətinin və təhsil kurikulumunun formalaşmasında birbaşa iştirak imkanı;
Minlərlə şagirdin təhsil keyfiyyətinə real təsir edən materialların hazırlanması prosesində iştirak;
Fənn üzrə milli səviyyəli layihələrdə (kurikulum) işləmək təcrübəsi;
Peşəkar inkişaf: treninqlər, seminarlar və elmi-metodiki konfranslarda iştirak;
Dövlət elmi-metodiki müəssisəsində sabit iş yeri və rəsmi məşğulluq;
Əmək Məcəlləsindən irəli gələn bütün hüquqlardan yararlanmaq.
Kimi axtarırıq: gözlədiyimiz iş yanaşması
Öyrənməyə və dəyişikliyə açıqlıq – öz üzərində davamlı işləyən, “daha yaxşısı necə olar” deyə soruşan;
Texnoloji yeniliklərə həssaslıq – süni intellekt də daxil olmaqla müasir alətləri izləyən və işində tətbiq edən;
Data və sübut əsaslı qərarvermə – fikirlərini şəxsi qənaətlə deyil, məlumat və tədqiqatlarla əsaslandıran;
Düşünülmüş təşəbbüskarlıq – yeni yanaşmaları sınamaqdan çəkinməyən, səhvlərdən öyrənən.
İş şəraiti
İş rejimi: tam ştat
İş saatı: həftədə 5 gün, saat 9:00-18:00
Ünvan: Bakı şəhəri, Afiyəddin Cəlilov küçəsi, 86
Müraciət qaydası
Yuxarıdakı tələblərə cavab verən namizədlərdən CV-lərini 1 avqust 2026-cı il tarixinədək [email protected] ünvanına göndərmələri xahiş olunur.
E-poçt mövzu sətrində fənnin adının qeyd olunması vacibdir, məsələn: “Biologiya fənni üzrə mütəxəssis”.
Daxil olmuş CV-lər əsasında tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.
Bərabər imkanlar
ARTİ bütün namizədlərə cinsindən, yaşından, dinindən və digər fərqlərdən asılı olmayaraq bərabər imkanlar təqdim edir.


