VMF NF Saat Fabriki — BREND MENECER axtarır!
Brendimizin inkişafında, kommunikasiya və marketinq fəaliyyətlərinin idarə edilməsində iştirak edəcək kreativ və məsuliyyətli Brend Menecer axtarırıq.
Vəzifə: Brend Menecer (25-40 yaş xanım namizəd)
Əmək haqqı: 800 AZN gross
Aylıq bonus: 250 AZN-dək
Əsas vəzifələr:
• Brend strategiyasının həyata keçirilməsində iştirak
• Reklam və marketinq kampaniyalarının planlaşdırılması və koordinasiyası
• Sosial media və digər kommunikasiya kanallarında brend üslubuna nəzarət
• Kampaniya nəticələrinin və bazar göstəricilərinin təhlili
• Rəqib və bazar araşdırmalarının aparılması
• Dizayn, satış və digər komandalarla koordinasiyalı işləmək
• Brendin tanınmasının və bazardakı mövqeyinin gücləndirilməsi
Namizədə tələblər:
• Marketinq və ya brend idarəçiliyi sahəsində təcrübə üstünlükdür
• Kreativ düşüncə və güclü kommunikasiya bacarığı
• Sosial media və rəqəmsal marketinq haqqında anlayış
• Təşkilatçılıq və planlama bacarığı
• Azərbaycan dilində səlis yazılı və şifahi ünsiyyət
Müraciət etmək istəyən namizədlər CV-lərini “Brend Menecer” başlığı ilə göndərə bilərlər. [email protected]