VMF Kafe komandamıza peşəkar və məsuliyyətli Əməliyyat Meneceri axtarırıq.
Əsas vəzifələr:
Kafenin gündəlik əməliyyat fəaliyyətinin təşkil və idarə edilməsi;
Filialların iş proseslərinə nəzarət;
İşçi heyətinin fəaliyyətinin koordinasiyası və nəzarəti;
Xidmət standartlarının qorunmasının təmin edilməsi;
Məhsul, anbar və inventar qalığına nəzarət;
Satış göstəricilərinin və gündəlik hesabatların təhlili;
Kassa və maliyyə intizamına nəzarət;
Sanitar-gigiyenik və daxili qaydalara əməl olunmasına nəzarət;
Müştəri məmnuniyyətinin təmin edilməsi və yaranan problemlərin operativ həlli;
İşçi heyətinin təlimi, motivasiyası və iş intizamına nəzarət;
Rəhbərliyə mütəmadi hesabatların təqdim edilməsi;
Filialların effektiv və fasiləsiz fəaliyyətinin təmin edilməsi.
Namizədə tələblər:
Kafe, restoran və ya xidmət sektorunda idarəçilik təcrübəsi;
Əməliyyat və komanda idarəetməsi üzrə təcrübə;
Liderlik və təşkilatçılıq bacarığı;
Analitik düşüncə və problemləri operativ həll etmək bacarığı;
MS Office proqramlarında işləmək bacarığı;
1C və ya digər kassa/anbar proqramları ilə işləmək təcrübəsi üstünlükdür;
Məsuliyyətli, intizamlı və nəticəyönümlü olmaq;
Gərgin iş şəraitində operativ qərar qəbul etmək bacarığı.
İş şəraiti:
İş yeri: Bakı, Tbilisi dairəsinin yanı
İş qrafiki: Tam iş günü 09.30 - 18.30
Əmək haqqı: müsahibə əsasında
Karyera və inkişaf imkanları
Peşəkar və dinamik iş mühiti
Müraciət üçün: Mövzu hissəsinə "Əməliyyat meneceri" yazaraq CV-nizi
[email protected] ünvanına göndərə bilərsiniz.
Əlavə suallarınız varsa 050 257 80 36 mobil nömrəsi ilə əlaqə saxlaya bilərsiniz