BSU-da vakansiya!

Bakı Slavyan Universitetinin Yüksək Təhsil Mərkəzinə baş mütəxəssis vəzifəsinə vakansiya elan edilir!

 

Vəzifə öhdəlikləri:

- Yüksək Təhsil Mərkəzinin fəaliyyət istiqamətləri üzrə sənədləşmə və təşkilati işlərin həyata keçirilməsi;

- Magistratura, doktorantura və əlavə təhsil üzrə proseslərin koordinasiyasında iştirakı;

- Tədris və elmi fəaliyyətlə bağlı hesabatların, arayışların və məlumat bazalarının hazırlanması;

- Təhsil proqramları, layihələr, seminar və elmi tədbirlərin təşkilində iştirakı;

- Elektron sənəd dövriyyəsi və məlumat sistemləri ilə işin aparılması;

- Təhsilalanların müraciətlərinin cavablandırılması və məlumatlandırılması;

- Tədris prosesinə dair statistik məlumatların təhlili və təqdim olunması;

 

Namizəd üçün tələblər:

 Ali təhsil;

 Təhsil sahəsində minimum 2 il iş təcrübəsi;

 MS Office proqram bilikləri;

 Rəsmi sənədlərlə iş, işgüzar yazışma və hesabat hazırlamaq bacarığı;

 Komandada işləmək və yüksək kommunikasiya bacarığı.

 

İş şəraiti:

- İş qrafiki: 5 günlük iş həftəsi, 09:00 – 18:00;

- Əmək haqqı: ştat cədvəlinə uyğun;

 

Qeyd: CV-lər azərbaycan dilində, mövzu qismində “Baş mütəxəssis” qeyd olunaraq  26.05.2026-cı il tarixinədək “[email protected] ünvanına göndərilməlidir. Yalnız vakansiyanın tələblərinə cavab verən namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlar.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.