Ofis İnzibatçısı vakansiyası
Vəzifə öhdəlikləri:
· Ofisin gündəlik inzibati işlərinin təşkili və nəzarətdə saxlanılması
· Rəhbərlik və əməkdaşların inzibati məsələlərlə bağlı dəstəklənməsi
· Ofis ləvazimatlarının və təsərrüfat mallarının ehtiyat səviyyəsinə nəzarət edilməsi
· Təchizat ehtiyaclarının müəyyən olunması və sifarişlərin verilməsi
· Təchizat və IT avadanlıqlarının inventarizasiyasının aparılması, qeydiyyatının və uçotunun təmin edilməsi
· Mal və materialların qəbul edilməsi, paylanması və qeydiyyatının aparılması
· Təhvil-təslim proseslərinin düzgün icra olunmasına nəzarət edilməsi
· Ofis avadanlıqlarının işlək vəziyyətdə saxlanılması üçün aidiyyəti şəxslərlə koordinasiyanın qurulması
· Anbar və inventar üzrə hesabatların hazırlanması və yenilənməsi
· Zərurət yarandığı hallarda şirkəti etibarnamə əsasında aidiyyəti dövlət və özəl qurumlarda təmsil etmək
· Müvafiq dövlət və özəl qurumlarla sənəd dövriyyəsi və inzibati proseslərin həyata keçirilməsində iştirak etmək
· Rəhbərlik tərəfindən verilən digər inzibati tapşırıqların yerinə yetirilməsi
Tələb olunan Təhsil və Təcrübə:
· Ali və ya orta ixtisas təhsili (İdarəetmə, biznesin təşkili, ofis idarəçiliyi və ya uyğun istiqamət üzrə təhsil üstünlükdür)
· Ofis inzibatçılığı, inzibati işlər, anbar, inventar və ya təchizat sahəsində minimum 1 il iş təcrübəsi
· Korporativ mühitdə iş təcrübəsi üstünlükdür
· Bəy namizədlərə üstünlük verilir
Tələb olunan Bilik və Bacarıqlar:
· Ofis idarəçiliyi və inzibati proseslər üzrə biliklər
· Inventar, təchizat və anbar uçotu üzrə ilkin biliklər
· Sənədləşmə və hesabatlılıq prosesləri barədə anlayış
· Təhvil-təslim və qeydiyyat prosedurları üzrə biliklər
· 1C və MS Office proqramlarında sərbəst işləmə bacarığı (Word, Excel, Outlook)
· ERP və ya inventar idarəetmə sistemləri ilə işləmə təcrübəsi üstünlükdür.
Tələb olunan davranış səriştələri:
· Ofis daxili koordinasiya
· Operativlik və çeviklik
· Komandada işləmə
· Effektiv kommunikasiya
· Məsuliyyətlilik və diqqətlilik
· Məxfilik və iş etikası prinsiplərinə riayət etmə
· Vaxtın effektiv idarə olunması
· Problem həll etmə
Təklif edirik:
· 5 günlük iş qrafiki
· Şirkət hesabına nahar təminatı
· Tibbi sığorta paketi
· Korporativ tədbirlər və team building fəaliyyətləri
· Dinamik və dəstəkləyici komanda mühiti
AF City Biznes Mərkəzi, Rəşid Behbudov küçəsi 59, 16-cı mərtəbə