BSU-da vakansiya!
Bakı Slavyan Universiteti Strategiya və Keyfiyyət təminatı şöbəsinə Strateji İnkişaf Planının (SİP) icrası üzrə koordinator vəzifəsinə vakansiya elan edir!
Vəzifə öhdəlikləri:
• Universitetin Strateji İnkişaf Planının hazırlanması, yenilənməsi və təkmilləşdirilməsi prosesinin koordinasiyasını həyata keçirmək.
• Strateji göstəricilər (KPI-lər) üzrə məlumatların struktur bölmələrdən toplanmasını, sistemləşdirilməsini və təhlilini təmin etmək.
• İcra prosesində yaranan riskləri və gecikmələri müəyyən etmək, onların aradan qaldırılması ilə bağlı təkliflər hazırlamaq.
Namizəd üçün tələblər:
• Ali təhsil (təhsilin idarə olunması, iqtisadiyyat, layihələrin idarə olunması və ya digər uyğun ixtisaslar üzrə magistr dərəcəsinə üstünlük verilir).
• Məlumatların toplanması, təhlili və nəticələr əsasında qərarvermə üçün tövsiyələrin hazırlanması bacarığı.
• Güclü analitik və sistemli düşünmə qabiliyyəti.
• MS Office proqramlarında, xüsusilə Excel və PowerPoint-də yüksək səviyyədə işləmək bacarığı.
• İş qrafiki: 5 günlük iş həftəsi, 09-00 – 18-00;
• Əmək haqqı: Ştat cədvəlinə uyğun.
Qeyd: Yalnız vakansiyanın və müvafiq profilin tələblərinə cavab verən namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlar. Bakı Slavyan Universitetinin məzunlarına üstünlük veriləcəkdir. CV-lər azərbaycan dilində, mövzu qismində “SİP-in icrası üzrə koordinator” qeyd olunaraq “[email protected]” ünvanına göndərilməlidir.