Bakı Metropoliteni olaraq, peşəkar komandamıza qoşulmaq üçün Kommersiya departamentinin Reklam şöbəsinə mütəxəssis (poliqrafiya üzrə) axtarırıq!

Namizəd müəssisədə poliqrafiya məhsullarının çapı, sifarişlərin icrası, çap keyfiyyətinə nəzarət, avadanlıqların istismarı, sərf materiallarının uçotu və daxili şöbələrlə çap işlərinin koordinasiyası istiqamətlərində fəaliyyət göstərəcək.

 

Sizi hansı öhdəliklər gözləyir?

        Daxili strukturlardan daxil olan çap sifarişlərinin qəbulu, qeydiyyatı və vaxtında icrasının təmini;

        Poliqrafiya məhsullarının (broşür, buklet, blank, banner, afişa və s.) hazırlanması prosesinin yerinə yetirilməsi;

        Xidmət müqavilələri çərçivəsində satınalma sifarişlərinin rəsmiləşdirilməsi və icrası;

        Çap materiallarının texniki parametrlərə, rəng standartlarına və müştəri tələblərinə uyğunluğunun yoxlanılması;

        Poliqrafiya avadanlıqlarının (printer, plotter, laminator və s.) düzgün istismarı və ilkin texniki xidmətinin həyata keçirilməsi;

        Sərf materiallarının (kağız, mürəkkəb, laminat və s.) ehtiyat normalarının izlənməsi və vaxtında sifarişin verilməsi;

        Yerinə yetirilmiş çap işləri üzrə aylıq hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi; 

        Daxili yoxlamalarda iştirak və poliqrafiya prosesləri üzrə normativ sənədlərə uyğunluğun təmini;

        Poliqrafiya fəaliyyəti üzrə daxili qaydalar, təlimatlar və iş prosedurlarına uyğun fəaliyyətin həyata keçirilməsi.

 

Namizədlərdən tələblərimiz

        Ali təhsil (poliqrafiya, dizayn, mətbəə texnologiyaları, mühəndislik və ya əlaqəli sahələr üzrə);

        Poliqrafiya, çap və ya mətbəə sahəsində minimum 3 il iş təcrübəsi;

        Çap texnologiyaları, rəng idarəetməsi (color management) və ön çap (prepress) prosesləri üzrə biliklər;

        Adobe Photoshop, Illustrator, InDesign və ya analoji proqramlarda işləmək bacarığı üstünlükdür;

        İşgüzar yazışma və kommunikasiya bacarığı;

        Analitik düşünmə və problem həll etmə bacarığı;

        MS Office proqramlarında işləmək bacarığı;

        Azərbaycan dili – sərbəst, İngilis və Rus dili bilikləri üstünlükdür.

 

Metropoliten Sizə nə təklif edir?

        Sabit və etibarlı iş mühiti;

        Peşəkar komandada inkişaf və karyera imkanları;

        Metropolitendən ödənişsiz istifadə imkanı;

        Güzəştli nahar təminatı;

        “Metropolitan Apartments” və əməkdaşlıq etdiyimiz sanatoriyalarda güzəştli istirahət imkanı;

        Psixoloji dəstək xidməti.

 

Müraciət üçün

Vakansiya üçün Metropolitenin hr.metro.gov.az portalında qeydiyyatdan keçərək müvafiq link vasitəsilə  müraciətinizi tamamlaya bilərsiniz.

Müraciət üçün son tarix: 27 iyun 2026-cı il

Uğurlar!💫

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.