Elm və Təhsil Nazirliyinin tabe qurumlarından birinə Büdcə planlaşdırılması üzrə Aparıcı mütəxəssis vəzifəsinə yeni namizəd axtarılır.
Vəzifə öhdəlikləri:
· ETN tabe qurum və müəssisələrinin xərclər smetasının (həmçinin büdcədənkənar) hazırlanması və dürüstləşdirilməsində iştirak etmək
· Sektora daxil olan ərizə, təklif və şikayətlərə qanunvericiliklə müəyyən edilmiş qaydada baxmaq
· Kargüzarlığın qanunvericiliyə uyğun olaraq aparılmasına əməl etmək
· Rəhbərliyin digər xidməti tapşırıqlarını və sektorun fəaliyyət istiqamətinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək
Tələblər:
· Ali təhsil: İqtisadiyyat və idarəetmə ixtisasları üzrə ali təhsil;
· İş təcrübəsi: Büdcə və maliyyə hesabatlarının hazırlanması üzrə minimum 2-3 il iş stajı;
· Peşəkar bacarıqlar: Büdcə planlaşdırılması, maliyyə sənədləri ilə işləmə və analitik düşünmə bacarığı;
· Dil bilikləri: Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı; İngilis dili – A2 səviyyəsində, Rus dili – A2 səviyyəsində biliklər;
· Kompüter bilikləri: MS Excel proqram təminatından yaxşı səviyyədə və statistik proqramlardan (R, SAS, SPSS və s.) hər hansı birindən səlis istifadə bacarığı.
Son müraciət tarixi: 27.01.2026
İş qrafiki: 5 günlük (09:00–18:00)
Müraciət forması: CV-lərinizi [email protected] elektron poçt ünvanına göndərə və ya birbaşa LinkedIn üzərindən mənimlə bölüşə bilərsiniz.
Qeyd: Vakansiya dövlət qulluğu olmayan vəzifələr üçün nəzərdə tutulub. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.