Elm və Təhsil Nazirliyinin tabe qurumlarından birinə Statistika və hesabatların icmallaşdırılması üzrə Aparıcı mütəxəssis vəzifəsinə yeni namizəd axtarılır. 

 

 

Vəzifə öhdəlikləri:

·      Müxtəlif təhsil pillələri üzrə rəsmi statistik hesabatların formalaşmasında iştirak etmək

·      Təhsil datası üzrə müxtəlif təhlillərin aparılması və təqdimatların hazırlanmasını təmin etmək

·     Kargüzarlığın qanunvericiliyə uyğun olaraq aparılmasına əməl etmək

·      Rəhbərliyin digər xidməti tapşırıqlarını və sektorun fəaliyyət istiqamətinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək

Sektora daxil olan ərizə, təklif və şikayətlərə qanunvericiliklə müəyyən edilmiş qaydada baxmaq

Tələblər:

·       Ali təhsil: Statistika, data təhlili və ya təhsil idarəetməsi ixtisasları üzrə ali təhsil;

·       İş təcrübəsi: Müvafiq sahə üzrə minimum 3 il iş stajı;

·       Peşəkar bacarıqlar: Statistik məlumatlarla işləmək, analitik düşünmə və hesabat hazırlama bacarığı;

·       Dil bilikləri: Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı; İngilis dili – A2 səviyyəsində, Rus dili – A2 səviyyəsində biliklər;

·       Kompüter bilikləri: MS Office proqramlarından (xüsusilə Excel və PowerPoint) və internet resurslarından yaxşı səviyyədə istifadə bacarığı.

Üstünlük verilən hallar:

·       MS Excel proqram təminatından yaxşı səviyyədə istifadə bacarığı;

·      Statistik proqramlardan (R, SAS, SPSS və s.) hər hansı birində səlis işləmək bacarığı;

·       Böyük həcmli məlumat bazaları ilə işləmə təcrübəsi.

 Son müraciət tarixi: 26.01.2026

  İş qrafiki: 5 günlük (09:00–18:00)

  Müraciət forması: CV-lərinizi [email protected] elektron poçt ünvanına göndərə və ya birbaşa LinkedIn üzərindən mənimlə bölüşə bilərsiniz.

 

Qeyd: Vakansiya dövlət qulluğu olmayan vəzifələr üçün nəzərdə tutulub. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.