Bravo Supermarket Azerbaijan olaraq “Çağrı mərkəzi üzrə agent” vəzifəsi üzrə işçi axtarışını elan edirik:

 

Öhdəliklər:

• Zəng, e-mail və "WhatsApp" mesajlarının cavablandırılması;

• Telefon, e-mail və "WhatsApp" vasitəsilə göndərilən müştəri sorğularına baxılması;

• Mövcud resurslardan istifadə etməklə zəruri məlumatların araşdırılması;

• Müştəri şikayətlərinə baxılması və şikayətlərin həll yollarınının tapılması;

• Müştərilərə məhsul və xidmətlər haqqında məlumat vermək;

• Sistemə yeni müştəri məlumatlarının daxil edilməsi;

• Mövcud müştəri məlumatlarının yenilənməsi;

• Sifarişlərin, formaların və ərizələrin emal edilməsi;

• Prioritet məsələlərin müəyyən edilməsi və rəhbərliyə məruzə edilməsi;

• Zənglərin müvafiq resurslara yönləndirilməsi;

• Bütün zəng məlumatlarının standart iş prosedurlarına uyğun olaraq sənədləşdirilməsi.

 

Tələblər:

• Biznesin idarə edilməsi, marketinq və ya iqtisadiyyat üzrə bakalavr dərəcəsi. 

• Azərbaycan və Rus dilləri biliyi mütləqdir, ingilis dili üstünlük sayılır. 

• "Microsoft Office" proqramları, Outlook istifadəçisi. 

• Qeyd olunan dillərdə şifahi və yazılı ünsiyyət bacarıqları. 

Reklam

• Dinləmə qabiliyyəti. 

• Problemlərin təhlili və həlli bacarıqları. 

• Müştəri xidmətləri/məmnuniyyətinə meyllilik. 

• Təşkilati bacarıqlar.

• Detallara qarşı diqqətli. 

• Komanda şəklində işləmə bacarığı. 

• Stressə davamlılıq. 

• Qüsursuz və aydın nitq. 

 

İş şəraiti:

Növbəli iş qrafiki

9:00-18:00

10:00-19:00

11:00-20:00

 

Maraqlanan namizədlər [email protected] email ünvanına “Çağrı mərkəzi üzrə agent” başlığı ilə CV göndərərək müraciət edə bilər.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.