Vakansiya: Çağrı Mərkəzi üzrə Mütəxəssis
İş rejimi: Növbəli (1 iş günü / 1 istirahət günü — hashtag#gecə növbəsi (20:00-08:00) mövcuddur)
Əmək haqqı: 600 – 800 AZN
Müraciət üçün: [email protected]
Mövzu hissəsində: “Çağrı Mərkəzi üzrə Mütəxəssis” yazmağınız xahiş olunur.
Əsas vəzifə öhdəlikləri:
• Daxil olan telefon zəngləri və sosial şəbəkə müraciətlərinin operativ cavablandırılması;
• Müştərilərə şirkətin xidmətləri barədə dolğun məlumatın verilməsi və düzgün istiqamət göstərilməsi;
• Müraciətlərin daxili sistemdə qeydiyyata alınması və aidiyyəti şöbələrə yönləndirilməsi;
• Şikayət, təklif və sualların dinlənilməsi, operativ həlli və ya müvafiq bölməyə yönləndirilməsi;
• Zərurət olduqda geridönüş zənglərinin həyata keçirilməsi;
• Zəng və yazılı müraciətlər üzrə elektron reyestrin aparılması, gündəlik/aylıq hesabatların hazırlanması;
• Müştərilərlə mehriban, etik və təmkinli ünsiyyətin təmin edilməsi.
Namizədə tələblər:
• Yüksək səviyyədə ünsiyyət, dinləmə və stressə davamlılıq;
• Komandada işləmə bacarığı və operativlik;
• Kompüter bilikləri, MS Office və e-mail ilə sərbəst işləmə bacarığı;
• Müştəriyönümlü düşüncə və təşəbbüskar yanaşma;
• Rus dili biliyi mütləqdir;
Biz sizə nə təklif edirik?
• Dinamik və mehriban iş mühiti;
• Peşəkar inkişaf və öyrənmə imkanları;
• Stabil iş qrafiki və dəstək göstərən rəhbərlik;
• Növbəli və rahatlaşdırılmış iş rejimi (1 iş günü / 1 istirahət günü).