Mühasib vakansiyası
Inomarka avtosalonu olaraq komandamıza maliyyə və mühasibatlıq sahəsində peşəkar və məsuliyyətli Mühasib axtarır. Bu vəzifədə siz şirkətin bütün maliyyə və mühasibatlıq əməliyyatlarını idarə edəcək və rəhbərliyə vaxtında hesabatlar təqdim edəcəksiniz.
Vəzifə öhdəlikləri:
· Mühasibat uçotu üzrə sənədləşmələrin təşkili;
· Bank əməliyyatlarının həyata keçirilməsi, qaimə və vergi hesab fakturalarının yazılması;
· Qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi;
· Mühasibatlığa aid bütün digər əməliyyatların icrası;
Tələblər:
Təhsil: Ali iqtisadi təhsil (Maliyyə, Mühasibat uçotu və İqtisadiyyat sahələri üzrə)
İş təcrübəsi: Minimum 3 il müvafiq sahədə təcrübə
Dil bilikləri: Azərbaycan və Rus dillərini sərbəst bilmək
Kompüter bilikləri: MS Office proqramları (xüsusilə Excel), 1C proqramı üzrə yüksək səviyyədə biliklər
Qanunvericilik bilikləri: Vergi Məcəlləsi və Əmək qanunvericiliyi üzrə biliklər
Elektron portallarla iş: e-taxes, e-gov, e-customs, e-qaimə, depozit hesabları, kargüzarlıq və s. üzrə işləmək bacarığı
PMS sertifikatı arzuolunandır
Detallara diqqətli, dəqiq və məsuliyyətli olmaq
İş şəraiti:
Əməkhaqqı: 1000 AZN
İş qrafiki: Həftə içi 5 gün, saat 10:00 – 19:00
İş yeri: Ağ Şəhərdə yerləşən ofisimiz
Müraciət qaydası:
Zəhmət olmasa, CV-nizi, vəzifənin adını (Mühasib) qeyd edərək [email protected] ünvanına göndərin.
Qeyd: Yalnız tələblərə tam cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.