Komandamızda daha bir vakansiya üzrə işə qəbul prosesinə start veririk. Hazırda Çağrı Mərkəzinin Operatoru vakansiyası üzrə namizədlərin müraciətlərini gözləyirik.

 

 İş yeri: Baş ofis (Bakı-Sumqayıt yolunun üstü)

 İş qrafiki: 6 günlük

 Nahar: Şirkət tərəfindən təmin olunur.

 

Əsas vəzifələr:

• Müştərilərə şirkətin məhsulları, xidmətləri və mövcud kampaniyaları haqqında dolğun məlumat vermək;

• Sifarişlərin anbar və kuryer xidməti ilə düzgün koordinasiyasını təmin etmək;

• Gecikən çatdırılmalar və ya yanlış məhsul göndərişi ilə bağlı müraciət və şikayətləri peşəkar şəkildə dinləmək, operativ həll yolları təqdim etmək;

• Müştəri məmnuniyyətinin yüksək səviyyədə qorunmasına töhfə vermək.

 

Namizəddən gözləntilərimiz:

 Azərbaycan və rus dillərini sərbəst bilmək;

 Səlis nitq və yüksək ünsiyyət bacarığı;

 Məsuliyyətli və operativ yanaşma;

 Müştəriyönümlü düşüncə tərzi.

 

Əgər bu vakansiyaya çevrənizdə uyğun ola biləcək biri varsa, paylaşmağınızı və ya onu rəydə qeyd etməyinizi məmnuniyyətlə qarşılayaram.

 

 CV-ləri “Çağrı Mərkəzinin Operatoru” mövzusu ilə [email protected] elektron ünvanına göndərə bilərsiniz.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.