Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) İnsan resursları departamentinə məsləhətçi / aparıcı / böyük məsləhətçi vəzifəsi üzrə vakansiya elan edir.
İş yeri:
Bakı şəhəri, N.Nərimanov 206A, "Capital Towers" Biznes Mərkəzi
Əməkhaqqı:
Rəqabətədavamlı əməkhaqqı
Tələb olunan bilik, təcrübə və bacarıqlar:
· Ali təhsil: hüquq, humanitar, iqtisadiyyat və ya müvafiq sahə üzrə ali təhsil
· İş təcrübəsi: İnsan resursları sahəsi üzrə 3-4 il
· ƏMAS, elektron sənəd dövriyyəsi və digər dövlət portalları ilə işləmə bacarığı
· Əmək qanunvericiliyini və kadr sənədləşməsini bilmək
· Komputer biliyi: MS Office proqramlarında işləmək bacarığı
· Sertifikat: SHRM / HRCI arzuolunandır
· Dil bilikləri: İngilis dili arzuolunandır
Bacarıqlara dair tələblər:
· Komandada işləmə
· Məsuliyyətlilik, dürüstlük, çeviklik
· Analitik düşüncə, planlaşdırma, nəticəyönümlülük
· Səlis və işgüzar ünsiyyət bacarığı
İşin təsviri
· Struktur bölmələrin insan resursları ehtiyaclarının müəyyənləşdirilməsi və işə qəbul prosesinin tam dövrünün (elan, axtarış, seçim, müsahibə və təklif mərhələləri) idarə edilməsi
· Struktur bölmə rəhbərləri ilə əməkdaşlıq edərək işçi ehtiyaclarının planlaşdırılması və optimal kadr təminatının təşkili
· Əmək qanunvericiliyinə uyğun olaraq işə qəbul, vəzifə dəyişikliyi, məzuniyyət, ezamiyyət və əmək münasibətlərinə xitam proseslərinin icrası
· İnsan resursları fəaliyyəti ilə bağlı daxil olan vətəndaş və təşkilat müraciətlərinin araşdırılması, rəy və cavab layihələrinin hazırlanması
· Əmək münasibətləri ilə bağlı yaranan məsələlər üzrə qüvvədə olan qanunvericiliyin tətbiqini təmin etmək və struktur bölmələrə dəstək göstərilməsi
· İnsan resursları sahəsini tənzimləyən normativ hüquqi aktlarda dəyişikliklərin izlənilməsi, təhlili və tətbiqi üzrə təkliflərin hazırlanması
· Kadr sənədlərinin hazırlanması, rəsmiləşdirilməsi və qanunvericiliyin tələblərinə uyğun aparılmasının təmin edilməsi
· ƏMAS və digər aidiyyəti dövlət informasiya sistemləri üzərindən əməliyyatların həyata keçirilməsi
· İnsan resursları prosesləri üzrə daxili prosedur, qayda və normativ sənədlərin hazırlanması və təkmilləşdirilməsində iştirak edilməsi
· İnsan resursları göstəricilərinin təhlili, hesabatların hazırlanması və insan resursları layihələrinin icrasında iştirak
Əlavə qeydlər:
· İş qrafiki: Bazar ertəsi - Cümə, 5 günlük iş həftəsi
· İş vaxtı seçim əsasında: 08:00 – 17:00; 09:00 – 18:00; 10:00 – 19:00
Müraciət etmə qaydaları:
Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmələri xahiş olunur:
· CV [email protected] ünvanına göndərilməlidir
· Mövzu sətrində “İR məsləhətçi/aparıcı/böyük məsləhətçi” qeyd olunmalıdır
· CV-lər 19.07.2026-cı il tarixinə qədər göndərilməlidir