Veyseloglu Group of Companies "Direktor Köməkçisi" vakansiyası elan edir. 

 

 

Vəzifə öhdəlikləri:

-     Direktorun iş qrafikinin hazırlanması və idarə olunması;

-      Görüşlərin, iclasların və səfərlərin təşkili;

-      Telefon zənglərinin, məktubların və elektron yazışmaların idarə olunması;

-      Rəsmi sənədlərin vaxtında və düzgün hazırlanmasına nəzarət;

-      İclas gündəliklərinin hazırlanması və yayılması;

-     Qonaqların qarşılanması və görüşlər üçün müvafiq şəraitin yaradılması;

-      Məlumatların düzgün və vaxtında ötürülməsi;

-      Şirkətin daxili və xarici imicinə uyğun ünsiyyətin təmin edilməsi;

-     Direktorun şəxsi və işgüzar məlumatlarının məxfiliyinin qorunması.

-      Rəhbərin ezamiyyət və digər səfərləri ilə bağlı texniki (viza alınması, bilet, mehmanxanada otaq sifarişi və s.) məsələləri qabaqcadan həll edilməsi.

 

Tələblər:

-      Ali təhsil (əsasən idarəetmə, biznesin təşkili sahəsində);

-      Ofis proqramlarını (MS Office, ESD və s.) yüksək səviyyədə bilmək;

-      Rəsmi yazışma qaydalarını bilmək;

-      Xarici dil bilikləri (ingilis dili (B2) və rus dili (A2));

-      Oxşar vəzifədə və ya inzibati işlərdə ən azı 2-3 il təcrübə;

-      Yüksək səviyyədə təşkilatçılıq və vaxt idarəetmə bacarığı;

-      Güclü yazılı və şifahi ünsiyyət qabiliyyəti;

-     Tapşırıqları prioritetləşdirmək və eyni anda bir neçə işi idarə etmək bacarığı;

-      Məsuliyyətlilik, dəqiqlik və detallara diqqət;

-      Operativ qərarvermə bacarığı.

 

İş şərtləri:

-      İş məkanı: Azure Plaza

-      Əmək haqqı: Namizədin təcrübəsinə əsasən razılaşma yolu ilə

-      İş rejimi: 5 gün (həftəiçi)

-      Nahar: Təmin edilir

- Servis xidməti mövcuddur

Karyerasını bizimlə davam etmək istəyən namizədlər mövzu hissəsində “Direktor köməkçisi” yazmaqla, öz CV-lərini [email protected] job.veyseloglu.az ünvanına göndərə bilərlər.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.