İnsan resursları üzrə kiçik mütəxəssis vakansiyası

 

Müəssisə:  AZ ŞƏKƏR İST. BİRLİYİ MMC

 Tələblər:

Ali təhsil (İnsan Resursları, Menecment, Biznesin idarə edilməsi və ya əlaqəli sahələr üzrə);

İnsan resursları sahəsində minimum 1 il iş təcrübəsi;

Əmək qanunvericiliyi və kadr sənədləşməsi üzrə normativ aktlar üzrə biliklər;

Elektron hökumət portalı, ƏMAS, e-sosial və digər dövlət platformalarında sərbəst işləmək bacarığı;

Microsoft Office proqramlarında (xüsusilə Excel və Word) sərbəst işləmə bacarığı;

Yüksək təşkilatçılıq, diqqətlilik və analitik düşünmə bacarığı;

Komanda ilə işləmək və effektiv ünsiyyət qurmaq bacarığı;

Azərbaycan dilində sərbəst danışıq və yazı qabiliyyəti, rus və ingilis dillərini bilmək üstünlük sayılır.

 

Vəzifə Öhdəlikləri:

Bölmənin kadr büdcəsini hazırlamaq, onu aktuallaşdırmaq və prosedurların yerinə yetirilməsini təmin etmək;

 

Bölmənin İnsan Resursları üzrə nümayəndəsi kimi işə qəbul proseslərini həyata keçirmək;

Qaydalara uyğun olaraq daxil olan və çıxan bütün yazışma və sənədləri icra etmək;

İşçilərin şəxsi işlərini formalaşdırmaq və düzgün şəkildə aparmaq;

Məzuniyyət qrafiklərini tərtib etmək, məzuniyyətlərin uçotunu aparmaq və onların qrafikə uyğun istifadəsinə nəzarət etmək;

Kadrlar üzrə hesabatları hazırlamaq və müvafiq orqanlara təqdim etmək;

İşçilərin maddi və intizam məsuliyyətinə cəlb olunması üçün zəruri materialları hazırlamaq

Davamiyyətin izlənməsi və işə gəlməmə hallarına qarşı intizam tədbirlərinin tətbiqi;

Şirkət daxili proqramların (ERP və ya HR sistemlərinin) kadr modulları üzrə işlərin təşkili və tənzimi;

Kadr sənədləşməsinin düzgünlüyünə nəzarət və elektron hökumət portalı üzərindən Asan İmza ilə əməliyyatların həyata keçirilməsi;

Yeni işçilərin axtarışı və vakansiyaların yerləşdirilməsi;

CV-lərin təhlili, ilkin seçim və namizədlərin qiymətləndirilməsi;

İşə qəbul prosesinin təşkili və sənədləşdirilməsi;

Əməyin mühafizəsi, yanğın təhlükəsizliyi, sanitar-gigiyena qaydalarını öyrənmək, mənimsəmək və tətbiq etmək;

Əmək funksiyasını özünün və digər işçilərin təhlükəsizliyinə xələl gətirmədən icra etmək;

Verilmiş xüsusi geyim və fərdi mühafizə vasitələrindən istifadə etmək;

Əməyin mühafizəsi qaydalarının pozulması və baş vermiş hadisələr barədə rəhbərliyə dərhal məlumat vermək;

Kadrlar sistemi çərçivəsində zəruri sənəd və məlumatları bölmə əməkdaşlarından tələb etmək səlahiyyətinə malik olmaq.

 

 İş vaxtı:

5 günlük iş rejimi

İstirahət günləri: Şənbə və Bazar

 

 Əmək haqqı və üstünlüklər:

Əmək haqqı: Razılaşma yolu ilə

Nahar xidməti şirkət tərəfindən təmin olunur

Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirmə və sosial təminatlar

 

 İş yeri:

Azərbaycan Şəkər İstehsalat Birliyi MMC

İmişli rayonu

 

 Müraciət:

Tələblərə cavab verdiyiniz halda, CV-nizi [email protected] elektron poçt ünvanına göndərə bilərsiniz.

 

Email-in mövzu hissəsində “İnsan resursları üzrə kiçik mütəxəssis (İmişli) – 27484” qeyd etməyiniz xahiş olunur.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.