Elm və Təhsil Nazirliyinin tabe qurumlarından birinə “İşə qəbul üzrə mütəxəssis” axtarılır. 

 

 

Vəzifə öhdəlikləri:

Effektiv işə qəbul planının hazırlanması və icrası;

Vakansiyaların idarə olunması – elanların paylaşılması, CV-lərin dəyərləndirilməsi, seçim və müsahibə prosesinin təşkili;

Namizədlərlə ünsiyyətin və geribildirimlərin vaxtında təmin olunması;

Təcrübə proqramlarının planlaşdırılması və icra prosesinə rəhbərlik;

Yeni əməkdaşların adaptasiya mərhələsinin idarə edilməsi;

İşə qəbul prosedur və qaydalarının hazırlanması və tətbiqi.

 

Tələblər:

Ali təhsil (İnsan resurslarının idarə olunması və uyğun sahələr üzrə təhsil üstünlükdür);

İnsan resursları və ya təcrübə proqramlarının idarə olunması sahəsində minimum 1 il iş təcrübəsi;

İşə qəbul prosesinin bütün mərhələlərini – seçim, müsahibə və yerləşdirməni – müstəqil şəkildə həyata keçirmək bacarığı;

Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı; ingilis B1 səviyyədə danışıq və yazı bacarığı (rus dili üstünlükdür);

MS Office proqramlarından sərbəst istifadə bacarığı;

Güclü ünsiyyət, planlama və təşkilatçılıq bacarığı.

 

 Son müraciət tarixi: 27.10.2025

  İş qrafiki: 5 günlük (09:00–18:00)

  Müraciət forması: CV-lərinizi [email protected] e-poçt ünvanına göndərə bilərsiniz.

 

Müraciət etməyə tələsin! 

 

Qeyd: Vakansiya dövlət qulluğu olmayan vəzifələr üçün nəzərdə tutulub.

Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.