Elm və Təhsil Nazirliyinin tabe qurumlarından birinə “Təlim və İnkişaf üzrə mütəxəssis” vəzifəsinə yeni namizəd axtarılır.

 

Vəzifə öhdəlikləri:

İllik təlim planı hazırlamaq, tətbiq etmək və təlimlərin effektivliyini qiymətləndirmək;

Təlim ehtiyaclarının müəyyən edilməsi, təlim proqramlarının hazırlanması və həyata keçirilməsi;

Daxili və xarici təlimlərin təşkili, təlim təşkilatçıları ilə əməkdaşlıq;

Yeni əməkdaşların adaptasiya prosesinin planlanması və həyata keçirilməsi;

Əməkdaşların illik performans qiymətləndirmə sisteminin hazırlanması və icrası — performans kriteriyalarının müəyyən edilməsi, qiymətləndirmə formalarının hazırlanması, nəticələrin analiz edilməsi və inkişaf planlarının formalaşdırılması;

Təlim və inkişaf prosesinin nəticələrinə əsasən HR hesabatlarının hazırlanması;

Təlim və inkişafla bağlı prosedur və qaydaların tərtib edilməsi və tətbiqi.

 

Tələblər:

Ali təhsil (İnsan resursları idarəçiliyi, pedaqogika, psixologiya və ya menecment ixtisası üstünlükdür);

Təlim və inkişaf və ya HR sahəsində minimum 1 il iş təcrübəsi;

Təlim və inkişaf layihələrini planlamaq, icra etmək və qiymətləndirmək bacarığı;

Əməkdaşların illik performans qiymətləndirmə prosesini müstəqil şəkildə idarə edə bilmək bacarığı — kriteriyaların formalaşdırılması, qiymətləndirmə formalarının hazırlanması, nəticələrin təhlili və inkişaf planlarının hazırlanması;

Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı; ingilis B1 səviyyədə danışıq və yazı bacarığı (rus dili üstünlükdür);

MS Office proqramlarını (Word, Excel, PowerPoint) sərbəst istifadə etmək;

Təşkilatçılıq, təqdimat, planlama və güclü ünsiyyət bacarıqları.

 

 Son müraciət tarixi: 27.10.2025

  İş qrafiki: 5 günlük (09:00–18:00)

  Müraciət forması: CV-lərinizi [email protected] e-poçt ünvanına göndərə bilərsiniz.

 

Peşəkar inkişafınıza doğru addım atın! 

 

Qeyd: Vakansiya dövlət qulluğu olmayan vəzifələr üçün nəzərdə tutulub.

Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.