"Əməkhaqqı Hesablanması üzrə Mütəxəssis" vakansiyası
Vəzifə Öhdəlikləri:
• İşçilərin faktiki iş qrafikləri əsasında aylıq əmək haqqı, məzuniyyət ödənişləri, ezamiyyə sənədləri, xəstəlik vərəqəsi üzrə müavinətlər və digər ödənişlərin dəqiq və vaxtında hesablanmasının təmin edilməsi;
• Vergi, sosial sığorta və digər məcburi ödənişlərin düzgün hesablanaraq tutulması və aidiyyəti dövlət orqanlarına təqdim olunan dövri hesabatların hazırlanması;
• Əmək haqqı, məzuniyyət, ezamiyyə və s. ödənişlərin uyğun olaraq 1C proqramına vaxtlı-vaxtında və düzgün şəkildə daxil olunmasının təmin edilməsi;
• Xəstəlik vərəqələrinin, sosial məzuniyyətlərin və birdəfəlik ödənişlərin elektron portalda düzgün şəkildə rəsmləşdirilməsi;
• İşçilərin əməkhaqqısı ilə bağlı sorğularının cavablandırılması, zəruri arayış və məlumatların hazırlanması.
Tələb Olunan Bilik və Bacarıqlar:
• Ali təhsil (Maliyyə, vergi və ya mühasibat uçotu sahəsində)
• Əmək haqqı hesablanması üzrə minimum 1-3 il iş təcrübəsi
• Əmək qanunvericiliyi, xüsusilə cəmlənmiş uçot və növbəli iş vaxtları, məzuniyyət və ezamiyyət hesablanması ilə bağlı biliklər
• Microsoft Office proqramlarında (xüsusilə MS Excel) sərbəst işləmə bacarığı;
• 1C proqramı bilikləri
Yuxarıda qeyd olunan tələblərə cavab verdiyinizi düşünürsünüzsə, CV-nizi “Əməkhaqqı Hesablanması üzrə Mütəxəssis” başlığı ilə [email protected] elektron poçt ünvanına göndərməyinizi xahiş edirik.