Mühasib vakansiyası
Mühasibat uçotu və maliyyə hesabatları sahəsində təcrübəli, analitik düşüncəyə malik namizədləri komandamıza dəvət edirik.
Vəzifə Öhdəlikləri:
Alış qaimələrinin ERP sistemində işlənməsi, xərclərin və müqavilələrin uçotu;
Aylıq silgilər, anbar qalıqları və müvafiq aktlara nəzarət;
ƏDV, DSMF, ÖMV və statistik hesabatların hazırlanması və təqdim edilməsi;
Əməkhaqqının hesablanması, tabel və HR sənədlərinə nəzarət;
Bank əməliyyatları, avans hesabatları və biznes xərclərinin uçotu;
Ay bağlanışı, saldo-dövriyyə cədvəllərinin yoxlanılması;
Maliyyə hesabatlarının (CF, BS, P&L) hazırlanması və təqdim edilməsi;
Dövlət portalları üzrə bildirişlərin araşdırılması və cavablandırılması.
Tələb Olunan Bilik və Bacarıqlar:
Mühasibat, maliyyə və ya əlaqəli sahə üzrə ali təhsil;
2–3 il müvafiq iş təcrübəsi;
1C Mühasibat və Excel üzrə praktiki biliklər;
Vergi və əmək qanunvericiliyi üzrə biliklər;
Diqqətlilik, məsuliyyətlilik və analitik yanaşma;
PMS və ya ACCA sertifikatları üstünlükdür.
Təklif Edilir:
Şirkət tərəfindən təmin olunan nahar,
Tibbi sığorta,
Şəhərin mərkəzində yerləşən ofis,
Dinamik və inkişafyönümlü iş mühiti,
Müraciət Qaydası:
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Mühasib” qeyd etməklə
[email protected] ünvanına göndərə bilərlər.