SAFAROFF Freelance ML Mühəndisi axtarırıq

 

Rəqəmsal agentliyimizdə müştərilər üçün qabaqcıl AI həllərinin hazırlanması üzrə freelance ML Mühəndisi axtarırıq.

 

Vəzifələr:

AI modellərinin (DeepSeek, LLaMA və s.) NLP, chatbot və digər layihələrdə tətbiqi və optimallaşdırılması;

llama.cpp kimi alətlərlə inferens proseslərinin optimallaşdırılması;

Müştəri yönümlü API-lər və AI prototiplərinin hazırlanması;

Müştərilərin AI ehtiyaclarının müəyyənləşdirilməsi və uyğun texniki həllərin təqdim edilməsi.

 

Tələblər:

ML sahəsində ən azı 1 il təcrübə;

Python, PyTorch/TensorFlow və Transformer modelləri üzrə bilik;

CPU inferensi və ARM optimizasiyası üzrə təcrübə;

Docker, cloud serverlər və API-lərlə işləmə bacarığı;

Güclü problem həll etmə və kommunikasiya bacarıqları.

 

Arzuolunan:

GPU/CUDA təcrübəsi;

Data Engineering və ya Multimodal AI üzrə bilik;

DeepSeek və ya MoE modelləri ilə təcrübə.

 

 İş formatı: Freelance / layihə əsaslı əməkdaşlıq

 Müraciət üçün CV-nizi “Freelance ML Mühəndisi” başlığı ilə [email protected] ünvanına göndərin.

 

 Maraqlı AI layihələrində bizimlə birlikdə çalışın və gələcəyin texnologiyalarını birlikdə yaradaq!

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.