Gənc alimlər ADNSU-da bir araya gələcək

 

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) bu il daha bir əhəmiyyətli elmi tədbirə ev sahibliyi edəcək. Belə ki, 16-17 dekabr 2025-ci il tarixlərində universitetdə “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Doktorantların və Gənc Tədqiqatçıların XXVIII Respublika Elmi Konfransı (NASCO XXVIII)” keçiriləcək.

 

Konfrans Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi (ETN), Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi (EATDA) və ADNSU-nun birgə təşkilatçılığı ilə baş tutacaq.

 

Tədbir gənc tədqiqatçıların elmi fəaliyyətini stimullaşdırmaq, elmi fikir mübadiləsi və təcrübə paylaşımı üçün platforma yaratmaq məqsədi daşıyır. Konfransda ölkənin müxtəlif ali təhsil və elmi-tədqiqat müəssisələrindən doktorant və gənc alimlərin iştirakı gözlənilir.

Məqalələrin təqdim edilmə tarixləri

15.06.2025-10.10.2025

Müraciət et

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.