Abşeron Logistika Mərkəzi “Marketinq və İctimaiyyətlə əlaqələr üzrə aparıcı mütəxəssis” vəzifəsinə vakansiya elan edir
Ümumi vəzifə öhdəlikləri:
Sosial media kanalları üçün aylıq post planının hazırlanması və icrasına nəzarət
Sosial media, vebsayt, e-mail və digər rəqəmsal kanallar üçün məzmunun hazırlanması, redaktəsi
Xarici və daxili kommunikasiya materialları üçün (broşur, kataloq, təqdimat və s.) məzmunun hazırlanması
Layihələr üzrə partnyorlarla (media agentlikləri və s.) əməkdaşlıq
İctimaiyyətlə əlaqələr (PR) strategiyasının hazırlanması və icrası
Press-relizlərin, müsahibə mətnlərinin hazırlanması
Təşkil olunan tədbirlər üçün (təqdimatlar, forumlar, sərgilər və s.) yaradıcı konseptin hazırlanması, mərhələli fəaliyyət planının qurulması və bütün təşkilati proseslərin peşəkar şəkildə icrası
Keçirilən tədbirlərlə bağlı departamentlərin aiddiyyatı şəxsləri ilə kommunikasiyanın aparılması və proseslərə nəzarət edilməsi
Rəqiblərin araşdırılması və bazar təhlili əsasında marketinq strategiyasının təkmilləşdirilməsi
Marketinq layihələrinin uğurlu icrası üçün daxili komanda arasında effektiv kommunikasiya və koordinasiyanın təmin olunması
Komanda üzvləri arasında tapşırıqların bölüşdürülməsi, prioritetlərin müəyyənləşdirilməsi və proseslərin nəzarətdə saxlanması
Marketinq üzrə illik planın hazırlanmasında iştirak
Namizədə qarşı tələblər:
Ali təhsil (Jurnalistika, PR, Marketinq, Kommunikasiya və ya əlaqəli sahələr üzrə)
Müvafiq sahədə minimum 3 ilədək iş təcrübəsi
Yüksək səviyyədə yaradıcı yazı bacarığı və mətn redaktəsi təcrübəsi
Azərbaycan və İngilis dillərində səlis yazılı və şifahi ünsiyyət bacarığı (Rus dili biliyi üstünlükdür)
MS Office, Canva, Meta Business Suite, və digər rəqəmsal alətlər üzrə biliklər
Güclü təşkilatçılıq və vaxtın idarə olunması bacarığı
Komanda ilə işləmək bacarığı və nəticə yönümlülük
Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Marketinq və İctimaiyyətlə əlaqələr üzrə aparıcı mütəxəssis” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətçilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Qeyd: Gediş-gəliş üçün nəqliyyat (servis) xidməti göstərilir.