3 fevral tarixində Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən ilk dəfə keçiriləcək ölkənin ən böyük fərdi intellektual yarışı - Gəncİntellekt səni bilik, məntiq və analitik düşüncə bacarıqlarını sınamağa dəvət edir!
Komanda deyil, fərdi oyun formatda keçirilən bu yarışda iştirakçılar müxtəlif mövzular üzrə sualları cavablandıracaq;
İki mərhələli seçim prosesindən keçdikdən sonra yalnız ən yüksək nəticə göstərən 64 gənc mübarizəni davam etdirmək hüququ qazanacaq.
16–29 yaş arası öz biliyinə güvənən hər gənc Gəncİntellekt-də potensialını göstərmək və intellektual mühitdə fərqlənmək fürsəti əldə edəcək.
Elə isə sən də iştirak et, düşünərək qərar ver və əylənərək öyrən!
Qeydiyyat linki: https://shorturl.at/mI8q3
Son müraciət tarixi: 31 yanvar saat 23:59