İnsan resursları üzrə analitik - Kənd Təsərrüfatı Nazirliyi
Əmək funksiyaları:
İnsan resurslarına dair məlumatların toplanması, email və sistemləşdirilməsi və təhlili;
Analitik arayışlar, təqdimatlar və qərar qəbul etməni dəstəkləyən hesabatların hazırlanması;
Məlumatların vizuallaşdırılması məqsədilə dashboard və qrafik hesabatların hazırlanması (Excel, Power BI və digər müvafiq alətlər vasitəsilə);
Məlumatların düzgünlüyünün, tamlığının və keyfiyyətinin təmin edilməsi;
İnsan resursları proseslərinin avtomatlaşdırılması üçün təklifləri hazırlamaq və icrasında iştirak edilməsi;
İnsan resurslarına dair məlumatların məxfiliyinin və təhlükəsizliyinin qorunması, müvafiq normativ tələblərə riayət olunması.
Tələblər:
Təhsil: Ali təhsil;(İqtisadiyyat, menecment, dövlət idarəçiliyi, insan resurslarının idarə edilməsi və əlaqəli sahələr üzrə)
Staj: Analoji sahədə 1-3 il iş təcrübəsi;
Üstünlük hesab olunur: “MOSE” və “PL-300” sertifikatlı namizədlər, İR sahəsində beynəlxalq sertifikatlı namizədlər, İR proseslərinin avtomatlaşdırılması layihələrində təcrübəsi olanlar,
Texniki bacarıqlar: Microsoft Excel, Power BI proqramlarında yüksək səviyyədə işləmək bacarığı, SQL, VBA və Pyhton üzrə biliklər;
Yumşaq bacarıqlar: Güclü ünsiyyət bacarığı, komanda və maraqlı tərəflərlə əməkdaşlıq bacarığı, analitik və sistemli düşünmə bacarığı, detallara diqqət və yüksək məsuliyyət hissi