Gəncsən və özünü real iş mühitində sınamaq istəyirsən?
EnerjiSən təcrübə proqramına qeydiyyat başladı.
Proqram haqqında:
• 10 həftəlik təcrübə müddətində real iş mühitində praktiki bacarıqlar qazanmaq imkanı
• Peşəkar təlimlər və inkişaf yönümlü fəaliyyətlər
• Karyera yolunda ilk addımların atılması
• Komanda işi və sosial layihələrdə iştirak
• Networking və yeni peşəkar tanışlıqlar
Kimlər müraciət edə bilər:
• 4-cü kurs bakalavr və ya magistr tələbələri
• Orta balı 85+ olan namizədlər
• İngilis dili minimum B2 səviyyəsində olanlar
• Məsuliyyətli, öyrənməyə açıq və komanda ilə işləmə bacarığı olan gənclər
Qeydiyyatdan keç, EnerjiSən təcrübə proqramına sən də qoşul.
Beoc.az saytına daxil olaraq “Karyera” bölməsindəki “Təcrübə” hissəsini seçərək müraciətinizi tamamlaya bilərsiniz.