Veyseloglu Group of Companies " Müqavilələr Üzrə Mütəxəssis" vakansiyasını açıq elan edir.

 

Namizədə tələblər;

- Müqavilə, satınalma, təchizat, hüquqi sənədləşmə və ya kommersiya koordinasiyası sahəsində minimum 1–3 il iş təcrübəsi.

- Müqavilə strukturu, ödəniş şərtləri, çatdırılma şərtləri, zəmanət, cərimə və məsuliyyət bəndləri üzrə anlayış.

- MS Excel, Word və elektron sənəd dövriyyəsi sistemləri ilə işləmək bacarığı.

- Azərbaycan dilində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı; İngilis dili biliyi üstünlükdür.

- Diqqətlilik, sənədlərlə dəqiq işləmə, proses izləmə və departamentlərarası koordinasiya bacarığı.

- Tədarükçü ilə yazışma və danışıqlarda peşəkar kommunikasiya bacarığı.

 

Əsas vəzifə öhdəlikləri;

- Təchizat prosesləri üzrə seçilmiş təchizatçılarla müqavilələrin, əlavələrin, razılaşma protokollarının və digər hüquqi-kommersiya sənədlərinin hazırlanmasını koordinasiya etmək.

- Tender, təklif sorğusu və tək mənbədən alış nəticələrinə əsasən müqavilə sənədlərinin vaxtında hazırlanmasını və aidiyyəti tərəflərlə razılaşdırılmasını təmin etmək.

- Müqavilə şərtlərinin satınalma tələbi, kommersiya təklifi, texniki tapşırıq, büdcə və təsdiq edilmiş qərarlarla uyğunluğunu yoxlamaq.

- Təchizatçı məlumatlarını, qiymət şərtlərini, ödəniş şərtlərini, çatdırılma müddətlərini, zəmanət və cərimə bəndlərini müqavilə sənədlərində düzgün əks etdirmək.

- Təchizatçılarla müqavilə şərtləri üzrə yazışmalar aparmaq, düzəlişləri toplamaq və yekun versiyanın formalaşdırılmasını təmin etmək.

- Müqavilələrin imzalanma prosesini izləmək, gecikmələri müəyyən etmək və aidiyyəti şəxslərə vaxtında məlumat vermək.

İmzalanmış müqavilələrin elektron və fiziki arxivini aparmaq, müqavilə bazasının tamlığını və aktuallığını təmin etmək.

- Müqavilələrin bitmə tarixlərini, uzadılma ehtiyaclarını və yenilənmə müddətlərini izləmək.

 

İş şərtləri:

-  İş məkanı: Azure Plaza

-  Əmək haqqı: Namizədin təcrübəsinə əsasən razılaşma yolu ilə

-  İş rejimi: 5 gün (həftəiçi)

-  Nahar: Təmin edilir

- Servis Xidməti Mövcuddur

- Əmək Haqqı 1000-1500 azn

 

Karyerasını bizimlə davam etmək istəyən namizədlər mövzu hissəsində “Müqavilələr Üzrə Mütəxəssis” yazmaqla, öz CV-lərini [email protected] ünvanına göndərə bilərlər.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.